Son zaman qadınlar arasında genış yayılmıs HPV virusu

Medical doctor woman looking in clipboard

Human Papilloma Virusu (HPV) nədir?

Sadəcə insanları yoluxduran iki zəncirli DNT yə sahib viruslardır. Dünyadakı qadınların təxminən 10%-nin bu virusla yoluxmuş olduğu düşünülür, Afrikada isə qadınların təxminən 22%-ində virus aşkarlanıb. HPV–nun 100-dən çox tipi vardır, cinsiyyət orqanları, digər dəri və selikli qişalarda ziyillər və fərqli problemlər törədə bilər.

1111

Anogenital bölgədə Human Papilloma Virusu hansı problemlərə səbəb ola bilər?

HPV virusları ilə yoluxmuş qadınlarda aralıq, perianal bölgə, vulva, uşaqlıq yolu və uşaqlıq boynu viruslar tərəfindən tutula bilər. Anogenital HPV özünü 2 şəkildə göstərir:

1) Genital ziyillər (condyloma acuminatum)- Ən çox HPV 6 və 11 tipləri törədir, gedişinə görə xoşxassəlidir, sadəcə estetik problemlər ön plandadır.

2) Uşaqlıq yolu, uşaqlıq boynu, vulva və düz bağırsağın skuamoz epiteldaxili törəmələri və vulva, uşaqlıq yolu, anus ve uşaqlıq boynu xərçəngləri – HPV xərçəngə səbəb ola biləcək 14 tipi vardır, ən çox rast gəlinən tipi 16 və 18 dir.

Human Papilloma Virusunun yoluxma yolları hansılardır?

HPV infeksiyalaşmış dəridən dəri səthinə keçməklə yoluxur. Qorunmasız cinsi əlaqə, eyni zamanda cinsi-cinsi, oral-cinsi, anal-cinsi və oral-anal kontaktlarla yoluxma mümkündür. Yoluxma üçün tam cinsi əlaqənin olması şərt deyil. HPV ile yoluxma riski qadın və kişilərdə cinsi əlaqə partnyorların sayı artdıqca artır. Orqanizmə daxil olmuş virusun təxminən 90%-i bədəndən atılır, sadəcə 10%-ı orqanizmdə uzun müddət qala bilir və illər ərzində müxtəlif fəsadlar törədə bilir.

 

Human Papilloma Virusuna yoluxmanın əlamətləri hansılardır?

Virusla yoluxmanın ən əsas əlaməti cinsiyyət bölgəsində olan və bəzən düz bağırsaq ətrafına da yayıla bilən ziyillərdir.

Human Papilloma Virusu necə təyin edilir?

Human Papilloma Virusu uşaqlıq boynu yaxmasında HPV DNT testi ilə təyin edilə bilər.

Human Papilloma Virusundan qorunma yolları

Virusdan ən yaxşı qorunma metodu tək partnyorlu cinsi həyatdır. Prezervativlərin 100% -lik qoruyucu olduğu göstərilməmişdir.

Human Papilloma Virusuna qarşı peyvəndlər

Human Papilloma Virusuna qarşı peyvəndlər Amerika və bir sıra Avropa ölkələrində uşaqlara olunacaq mütləq peyvəndlər sırasına daxil edilmişdir. Peyvəndlər ziyillərin və uşaqlıq boynu xərçənginin əmələ gəlməsində ən çox paya sahib olan virus tiplərinə qarşı hazırlanmışdır. Peyvəndlərin qoruduğu virus tipinin sayına görə 3 növü vardır ( 2 tipə, 4 tipə və 9 tipə qarşı). Peyvəndlərin 9-26 yaş arası qız uşaqlarına cinsi əlaqə başlanmazdan əvvəl vurulması məsləhət olunur.