Kofe qara ciyər xərçənginnən qoruya bilər

Piylənmə və alkoqollu içkilərdən həddindən artıq istifadə olunması qara ciyər xərçənginin inkişaf riskini artırır. Yeni tədqiqatlar göstərir ki, onkoloji xəstəliyin qarşısını, çox gman ki, kofe ilə almaq olar.

Alimlərin sözlərinə görə, kofe içməklə qara ciyər xərçənginin yaranma riskini azalmtmaq mümkündür.

Ekspertlər dünya üzrə 8 milliondan artıq insanın iştirak etdiyi 34 tədqiqatın nəticələrini analiz ediblər. Bunlardan 24 minə yaxın insanda qara ciyər xərçəngi diaqnozu qoyulub.

Kofenin qara ciyər xərçəngi riskini azaldan dəqiq mexanizm alimlərə məlum deyil. Lakin tətqiqatlar nəticəsində müəyyən edilmişdir ki, kofe içən insanlarda xərçəng ehtimalı 29% aşağı idi.

Alimlərin sözlərinə görə kofe və kofe ekstraktı iltihabla bağlı olan genlərin ekspressiyasını azaldır, buda öz növbəsində qara ciyər toxumalarında daha çox öz əksini tapır.

Beləliklə, kofe istifadə etməklə yaranma riski minimallaşan xəstəliklərin sırasına qara ciyər xərçəngi də əlavə olundu. Bu sırada Alsqeymer, Parkinson və skleroz da vardir.