İsti yay günlərində hamilə qadınlarımızdan gələn çoxsaylı şikayətləri və sualları nəzərə alaraq:

Bol miqdarda maye qəbul edin!!

Hamiləlikdə bədənin maye ehtiyacı artır, eyni zamanda isti yay aylarında tərləmə ilə orqanizm çoxlu miqdarda maye  itirdiyi üçün gündə ən az 2-3 litr su (8-10 stəkan) qəbul edilməlidir.

İçdiyiniz su hamiləlikdə artan qəbizlik, hemorroid, sidik yolları infeksiyası, vaxtından əvvəl doğuş və abort təhlükəsi kimi problemlərin həllinə kömək edir. Ancaq unutmayın ki, sidik ifrazını artıran kola, çay, kofe ve bədəndən  mayenin ifrazını azaldan və ödemi artıran gazlı və mineral sular çox miqdarda qəbul edilməməlidir!!

Qidalanmanıza diqqət edin!!

Yay aylarında az yağlı yeməklərə üstünlük verin, yağlı, tomatlı və qızardılmış yeməklərdən uzaq durun. Meyvə-tərəvəz miqdarını artırın. Ət, süd, qatıq, pendir kimi zülal qaynağı olan qidaların da az yağlı olmasına diqqət edin. Çox duz istifadə etməyin.

Təmizləyinizə diqqət edin!!

Hamiləlikdə vaginal axıntı, göbələk infeksiyaları xüsusi ilə yay aylarında arta bilər, sidikdə pis qoxu, sidik ifrazı zamanı ağrı, pis qoxulu axıntı və ya qaşıntınız varsa, mütləq  həkimə müraciət edin. Xüsusi ilə bədənin qatlantı olan bölgələrində tərləmə və infeksiya ehtimalı artır. Bunların qarşısını almaq üçün açıq rəngli, nazik, pambıq və dar olmayan paltarlarına üstünlük verin!

İdmanla məşğul olun!!

Hamiləlikdə xüsusi ilə yay aylarında ən çox tövsiyyə edilən idman növü üzgüçülük və yürüyüşdür. Üzmək bədən temperaturunu aşağı salır və oturaq siniri üzərindən yükü götürərək bel və ayaq ağrılarını azaldır.  Ümumi hovuzlardan yoluxucu xəstəliklərə yoluxma ehtimalı daha çox olduğu üçün dənizdə, səhər saatlarında, boy səviyyəsindən çox olmayan dərinlikdə, ayaqda qıcolma ehtimalında kömək edəcək biri olması şərtilə, 15-20 dəq üzmək məsləhətdir.  Əgər hovuza girirsinizsə, çox insan olmayan və təmizliyindən əmin olduğunuz hovuzlara üstünlük verin. Günəş şüaları D vitamini mənbəyidir, amma saat 11-16 arasında günəş vannası qəbul etmək məsləhət deyil.  Uzun müddət ayaqda qalmayın, özünüzü yorğun və halsız hiss etdikdə mütləq sol tərəfinizə uzanın, soyuq kompreslər qoyun.

Təngnəfəslik və ürək döyüntüsü şikayətləriniz arta bilər!!

Yay aylarında havaların isti olması səbəbi ilə hamilə qadınlarda bədən temperaturu daha asan yüksəlir və bu da təzyiqin artması və ya azalmasına səbəb ola bilər. Tez- tez ilıq duş almaq isti basma ve yuxusuzluq problemlərinə kömək edə bilər. Hamiləlikdə əmələ gələn şişkinlik, uşağın böyüməsi, təngnəfəslik, mədədə yanma və turşuluğun artması ürək döyüntüsü şikayətlərini artıra bilər. Əgər sizin ürək və ya tənəffüs yolları xəstəliyiniz varsa, mütləq həkiminizə müraciət edin!!