Uzm. Dr. Vasif İsmayıl

Haqqında

Uroloq

İsmayıl Vasif Rafael oğlu 9 fevral 1975-ci ildə Sumqayıt şəhərində anadan olub.

İstanbul Universitetininin tibb fakültəsini bitirmişdir.

2003-cü ildə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi Urologiya kafedrasında “Erişkin qadınlarda sidik saxlanmazlığı simptomatologiyası və urodinamik göstəricilər arasında korrelasiya” mövzusunda dissertasiya işini müdafiə etmişdir.

2003-2009-cu illərdə Bakı şəhərində Mərkəzi Klinik Xəstəxanasında çalışmış, 3 000-dən çox əməliyyat etmişdir. Azərbaycanda ilk dəfə qapalı böyrək, sidik kisəsi, sidik axarı əməliyyatları həyata keçirilmişdir.

2009-cu ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Hospitalında işləyir.

2011-ci ildən etibarən ATV kanalında sağlam həyat tərzini təbliğ edən “Çox Yaşa” proqramının aparıcısıdır.

2014-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin Onkologiya Kafedrasının asistentidir.

35-dən çox elmi məqalənin müəllifidir.

Azərbaycan Uroloqları Assosiasıyası, Avropa Uroloqları Cəmiyyəti, Türk Urologiya Cəmiyyəti, Türk Andrologiya Cəmiyyəti, Türk Qadın Urologiyası Cəmiyyətlərinin üzvüdür