Uzm. Dr. Yusif Hacıyev

Təhsil

Ali (1998 – 2005) Trakya Universiteti, Tibb Fakültəsi, Türkiyə, Edirne Uzmanlıq (2005 – 2011) İstanbul Universiteti, Cərrahpaşa Tibb Fakültəsi, Qulaq-burun-boğaz və baş-boyun cərrahı, Türkiyə, İstanbul Professional təlim, Kəllə nahiyəsinin endoskopik cərrahiyyəsi və qulaq mikrocərrahiyyəsi, ABŞ, Pitssburq

Haqqında

Qulaq- Burun- Boğaz xəstəlikləri şöbəsinin müdiri
1981-ci ildə Naxçıvan MR-da anadan olan Y. Hacıyev 1998-ci ildə Lənkəran Özəl Türk Liseyini bitirdikdən sonra Türkiyə Respublikası Trakya Universitetinin Tibb Fakültəsinə daxil olmuş və 2005-ci ildə tibb fakültəsini bitirərək həkim ixtisasına yiyələnmişdir. 2005-ci ilin sentyabr ayında keçirilən TUS (tıpta uzmanlık sınavı – tibbdə rezidentura imtahanı) imtahanında birinci seçimi olan İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyəsi Kafedrasına daxil olaraq rezidentura təhsilinə başlamışdır. 2011-ci ildə rezidentura təhsilini başa vuraraq qulaq-burun-boğaz və baş-boyun cərrahı ixtisasını almışdır. Rezidentura müddəti ərzində ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində kəllə nahiyəsinin endoskopik cərrahiyəsi və qulaq mikrocərrahiyəsi sahəsində elmi- praktiki təcrübə keçmişdir. Dr.Hacıyev Amerikanin New York şəhərində dünyanın məşhur Memorial Sloan Kettering Cancer Center də tanınmış Professor Jatin Shah ilə bərabər qalxanabənzər vəz (zob) cərrahiyyəsi sahəsində birlikdə işləmə imkanına nail olmuşdur. Dr.Hacıyev eyni zamanda Almaniyada məşhur Villa Dahlem klinikasında Dr. Marietta Hopfun yanında Lazer və Estetik Cərrahiyyəsində elmi və praktiki təcrübə keşmişdir.
Yusif Hacıyevin ABŞ-ın elmi jurnallarında çoxlu sayda məqalələri dərc olunmuşdur. Dr. Yusif Hacıyev American Academy of Otolaryngology, Head and Neck Surgery və Türk Qulaq Burun Boğaz və Baş Boyun Cərrahiyyəsi Cəmiyyətinin üzvüdür. Hal- hazırda Azərbaycan Tibb Universiteti Onkoloji Kafedrasının əməkdaşıdır.