Uzm. Op Dr. Asif Cahagirov

Təhsil

1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin məzunu olmuşdur.

Haqqında

Op Dr. Cahagirov Asif Daşdəmir oğlu – Uronefrologiya şöbəsinin müdiri, urologiya uzmanı.

2002-2009-cu illər arasında Türkiyə Cumhuriyyəti, İzmir şəhəri, 9 Eyül Universiteti Tibb fakültəsinin Urologiya kafedrasında araştırma görəvlisi vəzifəsində işləyib. “Farmakolojik ejakülasyon rat modelində, hipertiroidizmin etkinlik yolağının periferal sinir transeksiyonu yöntemi ilə irdelenmesi” elmi işini müdafiə etdikdən sonra Urologiya Uzmanı adını qazanmışdır. Bu elmi əsər 2009 Amerika Uroloqlar Assosasiyasının illik konqresində qəbul olunmuşdur. Təhsil zamanı dəfələrlə milli və beynəlxalq urologiya konfranslarda tezislərlə iştirak etmişdir. 2009-cu ildən etibarən Mərkəzi Neftçilər Xəstəxanasında Uronefrologiya şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir.

Fəaliyyət sahələri.

Uriner sistemin daş xəstəlikləri.

Böyrək daşı xəstəliyinin cərrahi müalicəsijnin endoskopik və açıq üsulla aparılması-Perkutan nefrolitotripsiya əməliyyatı.
Sidik axarı və sidik kisəsi daşlarında endoskopik və açıq üsulla aparılması (Holmiyum lazer istifadə edərək) – Endoskopik lazer ureterolitotripsiya və transuretral və ya perkutan sistolitotripsiya

Daşların əmələgəlməsinin səbəbinin araşdırılması və daşların tərkibinin təyini.

Uriner sistemdə obstruktiv patologiyaların müalicəsi
Endoskopik və açıq üsullarla obstruksiyanın aradan qaldırılması.
Sidik axarının plastikası.

Prostat xəstəlikləri.
Kəskin və xroniki prostatinin diaqnostikası və müalicəsi.
Prostat adenomasının diaqnostikası, konservativ və cərrahi müalicəsi.
Prostat adenomasının endoskopik üsulla əməliyyat edilməsi-transuretral rezeksiya (TUR)
Açıq prostatektomiya.

Andrologiya.

Kişi sonsuzluğunun doaqnostikası.
kişi sonsuzluğunun konservativ və cərrahi yolla müalicəsi.
Kişilərdə cinsi zəifliyin və digər cinsən problemlərin diaqnostikası, konservativ və cərrahi müalicəsi.

Kişi, qadın və uşaqlarda sidik qaçırma.

Kişilərdə sidik qaçırmada süni sfinkterin qoyulması.
Qadınlarda sidik qaçırmada konservativ və cərrahi müalicə: TVT və TOT əməliyyaatları.
Uşaqlarda sidik qaçırmanın diaqnostikası və müalicəsi. Uşaqıarda uroloji problemlərin diaqnostikası və müalicəsi.