Uzm. Dr. Vüqar Ələkbərov

Təhsil

1999-cu ildə Bakı şəhər Nəsimi rayonu 47 saylı orta məktəbi qırmızı attestatla bitirib.
1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin 1-ci müalicə profilaktika fakültəsində təhsil almışdır.
2005-ci ildə universiteti qırmızı diplomla bitirib. 2005-2006 Türkiyənin İzmir şəhərində Ege Universitetinə gedərək təhsilini davam etdirib. 2007-2012 ci illərdə yüksək balla Bursa şəhəri Uludağ universitetinin Plastik Estetik ve Rekonstruktiv cərrahiyyə bölümünə uzmanlıq təhsilinə qəbul olunub. Uzmanlıq təhsili müddətində Türkiyənin məşhur plastik cərrahları ilə birlikdə işləyib və geniş təcrübə qazanıb.

Haqqında

Uzm. Dr. Vüqar Ələkbərov – Plastik cərrah.

2012-ci ildə uzmanlıq təhsilini bitirdikdən sonra özəl tibb müəssisələrində estetik cərrahiyyə və lazer cərrahiyyəsi üzrə çalışıb.
2013-cü ildən Bakıdakı özəl klinikaların birində plastik estetik cərrah kimi fəaliyyətə başlayıb.

2500-dən çox beynəlxalq və ölkələrarası konqreslərdə yeni əməliyyat texnikaları anladıb. 2012-ci ildə uzmanlıq təhsilini bitirdikdən sonra özəl xəstəxanalarda estetik cərrahiyyə və lazer cərrahiyyəsi üzrə işləyib. 2014-cü ilin əvvələrindən Respublika Yanıq Mərkəzində, eləcə də özəl klinikalarda plastik cərrah kimi çalışır.