Uzm. Dr. Şəhriyar Fətullayev

Təhsil

2004-2010- Azərbaycan Tibb Universiteti, Azərbaycan bölməsi.

2010-2011- Cəlilabad Şəhər Mərkəzi Xəstəxanasında İnternatura

2011-2016- Türkiyə Respublikası Ankara Universiteti Tibb Fakültəsi İbni Sina Xəstəxanasında Ortopediya və Travmatologiya/Əl Cərrahiyyəsi kafedrasında Uzmanlıq təhsili

Haqqında

İcra etdiyi əməliyyatlar:

Ətraflarda Mikrocərrahi Əməliyyatlar.

Artroksopik Əməliyyatlar: Çiyin, Dirsək, Əl Bilək, Diz, Aşıq-Baldır Oynaqlarında (Rotator Cuff, Bankart, ACL/PCL, TFCC yırtığı,ATFL yırtığı,Menisklərin və Qığırdağın Cərrahi xəstəlikləri və s.)

Oynaqların Endoprotezləşdirilməsi: Bud-çanaq, Diz,Aşıq-baldır, Çiyin, Dirsək Oynaqlarında (birincili və revizion cərrahiyyəsi)

Ortopedik Onkologiya və İnfektif cərrahi xəstəlikləri: Ətrafların Sümük və Yumuşaq toxumalarının Xoş xassəli və Bəd xassəli şişlərinin Cərrahi müalicəsi, Tumor Rezeksion Protezlərlə, Damarlı Sümük Qreftləri ilə Ətraf Qoruyucu (Limb Salvage) Cərrahiyyənin aparılması, Septik artrit, Osteomielitlərin cərrahi müalicəsi və s.

Əl Cərrahiyyəsi: Vətər, Damar, Sinir kəsikləri, Vətər transverləri, Dərin və Səthi əl yaralanmaları, Replantasiyalar, Əlin Anadangəlmə anomaliyaları, Karpal sümüklərin və falanksların travması

(sınıq,çıxıq,deformasiya ), Karpal/Kubital Tunel sindromu,Baş barmağın və barmaqların cərrahi digər xəstəlikləri

Travmalar, DeformasiyaCərrahiyyəsi: İzolə və Müştərək Travmalar, Sınıqların Açıq və Qapalı Fiksasiyası, Çıxıqların Cərrahi və Konservativ müalicəsi, Sümük sınıqları sonrasında qaynamama(psevdoartrozlar) və deformasiyaların cərrahi müalicəsi, Ətraflarda Qısalıqların cərrahi müalicəsi və s.

Ayağın Cərrahi Xəstəlikləri: Halluks valgus, Halluks rigidus, Freiberg xəstəliyi, Morton Neyroması, Pes Planus(yastıayqlılıq), Pes Cavus, Çəkic barmaq və s.

Pediatrik Ortopediya: Bud-Çanaq Oynağının Anadangəlmə çıxığı, PEV(Əyripəncəlilik), Pediatrik travmalar,Uşaq serebral iflicində cərrahi müdaxilələr və s.

Samaje Perine Jersey