Uzm. Dr. Mircəfər Seyid

Təhsil

2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin 1-ci müalicə profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Türkiyə Cümhurriyəti İzmir şəhərində uzmanlıq təhsili öncəsi hazırlıq keçmiş, 2008-ci ildə Ege Universiteti Plastik, Estetik və Rekonstruktiv cərrahiyyə kafedrasında uzmanlıq təhsilinə başlamışdır.
İxtisas müddətində, 2013-cü ildə Amerika Birləşmiş Ştatlarında ’’Cliveland’’ klinikasında Prof. Dr. Mariya Semyonovanın rəhbərlik etdiyi ‘’Üz Transplantasiyası’’, ’’Kompozit Toxuma köçürülməsi və Mikrocərrahiyyə’’ şöbəsində ixtisaslaşma keçərək fəxri diplom ilə təltif olunmuşdur. 2013-cü ildə Amerika Birləşmiş Ştatları ’’New York’’ əyalətində keçirilən ’’Endoskopik Üz Gəncləşdirmə, Bədən və Süd vəzi Estetikası’’ üzrə canlı cərrahiyyə çalışmalarına dəvət edilmışdir. Uzmanlıq təhsili müddətində Türkiyə və Türkiyədən kənar digər ölkələrdə onlarla kurs və konqreslərdə məruzəçi və iştirakçı olaraq iştirak etmişdir. Ölkəxarici elmi jurnallarda ’’burun estetikası’’, ’’kompozit toxuma transplantasiyası’’, ’’toxumalarda işemiya reperfüya zədələnmələrinə’’ aid elmi məqalələri dərc olunmuş və dərc olunmaqda olan məqalələri mövcuddur.

Haqqında

Uzm. Dr. Mircəfər Seyid – Plastik və estetik cərrah.

Estetik və Plastik cərrahiyyə uzmanı Op.Dr. Mircəfər Seyid Mirsəməd oğlu, 12.10.1984-cü ildə Naxçıvan M.R. Şərur rayonunda anadan olmuşdur. 1990-cı ildə Şərur rayon 2 saylı orta məktəbə daxil olmuş, 2001-ci ildə bitirmişdir.