Dr. Fərhad Burzu

Təhsil

1995-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində terapiya ixtisası üzrə təhsil almışdır.
2003-2004-cü illərdə Bakı şəhəri 5 saylı xəstəxanada terapiya bölümündə internatura keçmişdir.
2005-ci ildə Bakı şəhəri Həkimlərin Təkmilləşdirmə İnstitutunda Endokrinologiya üzrə ixtisas artırmışdır.
2012-ci ildə ABŞ-da Cleveland klinikasında Endokrinologiya üzrə ixtisas artırmışdır.

Haqqında

Dr. Fərhad Burzu – Endokrinoloq.

İştirak etdiyi elmi konfrans və simpoziumlar:

2009-cu ildə Türkiyənin Çeşmə şəhərində Endo-kursda olmuşdur.

2010-cu ildə Türkiyənin İstanbul şəhərində Avropa Graves kursunda iştirak etmişdir.

2010-cu ildə Türkiyənin İstanbul şəhərində Türk Tiroid Hastalıkları Konqresində iştirak etmişdir.

2012-ci ildə Avstriyada “Lipid Metobolizm” simpoziumunda iştirak etmişdir.

2013-cü ildə Danimarkanın Kopenhagen şəhərində Avropa Endokrinoloqları Konqresində iştirak etmişdir.

2014-cü ildə Polşada Avropa Endokrin Konqresində iştirak etmişdir.

İş təcrübəsi:

2005-2009-cü illərdə Bakı şəhəri Funda özəl klinikasında terapevt kimi çalışmışdır.

2009-2014-cü illərdə Sumqayıt şəhəri Linam klinikasında endokrinoloq olaraq işəmişdir.

2009-2012-ci illərdə Bakı şəhəri Pantavita özəl klinikasında endokrinoloq kimi çalışmışdır.

2012-ci ildən MediStyle Hospitalında endokrinoloq olaraq fəaliyyət göstərir.