Uzm. Dr. Eldar Əhmədov

Təhsil

Eldar Əhmədov 12 aprel 1975-ci ildə Qax şəhərində anadan olmuşdur. 1992-ci ildə Qax şəhər 1 saylı orta məktəbi gümüş medalla bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1999-cu ildə universiteti fərqlənmə diplomu ilə başa vurmuş, Bakı şəhər Xətai rayonu 1 saylı poliklinikada cərrah kimi əmək fəaliyyətinə başlamışdır.
Həmin ili Ağdam rayonu ərazisində yerləşən hərbi hospitalda cərrah kimi həqiqi hərbi xidmətə başlamış, 2000-2001-ci il tarixində hospitalın səhra cərrahiyyəsi şöbəsinin müdürü olmuşdur. 2001-ci ilin əvvəlində tibbi təhsilini davam etdirmək ücün Türkiyə Respublikasının Ankara Gülhanə Hərbi Tibb Akademiyasına göndərilmışdır. 2001-2005-ci il tarixində həmin hospitalda ümumi cərrah kimi ixtisaslaşmış və elmi dərəcə almışdır.

Haqqında

Uzm. Dr. Eldar Əhmədov- Endoskopik Cərrahiyyə və Diaqnostika Şöbə Müdiri. Cərrah-transplantoloq.

O, Azərbaycanda əmək fəaliyyətini davam etdirərək 2005-2006-cı illərdə Gəncə hərbi hospitalında cərrah kimi çalışmışdır. Sonrakı dövrlərdə Türkiyə Respublikasının AntalyaÖzəl Sefki və Diyarbəkr Yaşam xəstəxanalarında və Azərbaycanda Leyla Şıxlinskayanın klinikasında cərrah işləmışdır. 2007-2010-cu illərdə İzmir Özel Kent Çığlı xəstəxanası və İstanbul Memorial xəstəxanasında qaraciyər və böyrək köçürülməsi üzrə mütəxəssis kimi ixtisalaşmış və ona beynəlxalq sertifikat verilmışdır.2011-ci ilin iyun ayında İspaniyanın Valensiya şəhərində, 2013-cü ilin may ayında isə Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq Qaraciyər Transplantasiya cəmiyyətinin konqreslərinin iştirakçısı olmuş və 2012-ci ilin yanvar-fevral aylarında Koreya Respublikasının Seul şəhərində ASAN Medikal Senter-də kecirilən beynəlxalq qara ciyər transplantasiya kurslarını bitirmişdir.2012-ci ildə Türk Cərrahiyyə Dərnəyinin Yeterlilik diplomunu almişdır. Azərbaycan səhiyyəsi tarixində ilk olaraq 2013-cü ildə donor hepatektomiya, laparoskopik donor nefrektomiya və laparoskopik adrenalektomiya əməliyyatları E.Əhmədov tərəfindən aparılmışdır. Hazırda Azərbaycan Mərkəzi Neftçilər Xəstəxanasının transplantologiya şöbəsinin aparıcı cərrahı, endoskopik cərrahiyyə və diaqnostika şöbəsinin müdiridir.
İdman sahəsində nailiyyətləri vardır. Sərbəst güləş üzrə idman ustalığına namizəddir.

Əsərləri:

Primer ve metastatik karaciğer tümörlerinde radyofrekans ablasyon tedavisi. Ankara, 2005.