Uzm. Dr. Ceyhun İsayev

Təhsil

1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinnin müalicə- profilaktika fakültəsini bitirib.

2001-2002-ci illərdə 5 saylı Şəhər Klinik Xəstəxanasında internatura keçmişdir.

2001-ci ildə ” Ən yaxşı tələbə elmi tədqiqatçısı ” adına layiq görülmüşdür.

2011-ci ildə “Genel Cerrahi Uzmanı” adını almışdır.

Haqqında

Dr. İsayev Ceyhun
02 Aprel 1978-ci il Füzuli rayonunda anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş və 2001-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 2001-2002-ci illərdə 5 saylı Şəhər Klinik Xəstəxanasında internatura keçmişdir. 2002-2004-cü illərdə N saylı hərbi hissədə həkim- cərrah olaraq çalışmışdır. 2004-2005-ci illərdə Füzuli Rayon Mərkəzi Xəstəxanasında həkim- cərrah işləmişdir. 2005-2011-ci illərdə Ege Universitetinin Tibb Fakültəsi Xəstəxanasında Ümumi Cərrahiyyə kafedrası və Orqan Transplantasiyası Elmi-tədqiqat Mərkəzində çalışmışdır. 2011-ci ildə “Dış safra yolları kanserinde sağkalımı etkileyen faktörler” mövzusunda elmi işi müdafiə edərək TC. Yüksek Öğretim Kurulu ve Sağlık Bakanlığında “Genel Cerrahi uzmanı“ adını almışdır. 2012-cu ildə Türkiyə Cümhuriyyəti, İzmir şəhərində yerləşən özəl Kent xəstəxanası Qaraciyər transplantasiyası mərkəzində cərrah-transplantoloq olaraq çalışmışdır. Hal-Hazırda Azərbaycan Respublikası, Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsində həkim- cərrah, cərrah-transplantoloq vəzifəsində çalışır.