Dr. Sevda Əsədova

Təhsil

Neonatoloq Sevda Əsədova 1989-1995-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini bitirib.

1995-1996-cı illərdə 6 saylı Uşaq Xəstəxanasında İnternatura keçib.

Haqqında

Neonatoloq Sevda Əsədova 2000-ci ildə Türkiyənin Ankara Numunə Xəstəxanasında Neonatologiya üzrə kurs keçib.

2006-cı ildə Türkiyə Respublikasının Bursa şəhərinin Uludag Universitetində Neonatologiya üzrə ixtisasartırma kursu keçib.

2010-cu ildə Avstriyanın Vyana şəhərində Allgemeines Krankenhaus der Stadt Wien (AKH) Neonatologiya üzrə kurs keçib.

Türkiyə, Montoneqro, Finlandiya, Serbiya, Portuqaliyada keçirilən beynəlxalq Neonatoloji konfranslarda iştirak edib.

Azərbaycan Səhiyyə Nazirliyinin nəzdində Neonatoloqlar komitəsinin üzvüdür.

1996-1998-ci illərdə 1 Saylı Uşaq Poluklinikasında, 1998-2001-ci illərdə Elmi Tədqiqat Pediatriya İnistututunda və 2001-ci ildən Mərkəzi Klinik Xəstəxanada Neonatoloq vəzifəsində çalışır.