PhD Dr. Sədi Allahverdiyev

Təhsil

Tibb üzrə fəlsəfə doktoru, Mama-ginekoloq, endoskopik ginekoloq-cərrah, onkoginekoloq, Sədi Allahverdiyev 1997-2003-cü illərdə Rusiya Dövlət Tibb Universitetində təhsil almışdır (Rusiya Federasiyası, Moskva şəhəri).

2003-2005-ci illərdə Rusiya Dövlət Tibb Universitetinin Mamalıq və Ginekologiya kafedrasında kliniki ordinatura keçmişdir.

2005-2008-ci illərdə Rusiya Dövlət Tibb Universitetinin Mamalıq və Ginekologiya kafedrasında əyani aspiranturada təhsilini davam etdirərək, 2009-cu ilin mart ayında “Uşaqlıq mioması olan xəstələrdə uşaqlıq arteriyasının embolizasiyası və histerektomiyadan sonra trombotik fəsadların proqnozlaşdırılması və profilaktikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsini almışdır. Namizədlik dissertasiyasını Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında təsdiqləyərək tibb üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür.

Haqqında

Tibb üzrə fəlsəfə doktoru, Mama-ginekoloq, endoskopik ginekoloq-cərrah, onkoginekoloq, Sədi Allahverdiyev 2003-2009- cu illərdə Rusiya Federasiyası, Moskva şəhəri, N.İ. Piroqov adına 1 nömrəli şəhər klinik xəstəxanasının mamalıq, ginekologiya və onkoginekologiya şöbələrində çalışmışdır.

2003-cü ildən etibarən dünyanın müxtəlif ölkələrində keçirilən konqresslərdə iştirak edib.
2011-ci ilin fevral-marta aylarında Almaniyanın Aşaffenburq səhərinin “Klinikum Aschaffenburg” hospitalının ginekoloji, onkoginekoloji, endoskopik ginekoloji cərrahi bölümlərində praktika keçmişdir.

2009-cu ildən etibarən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının mamalıq-ginekologiya şöbəsində fəaliyyət göstərir.

İş Cədvəli: I,II,III,IV,V günlər saat 09:00-16:00, VI Gün saat 09:00-14:00.