Uzm. Dr. Rəşad Zeynalov

Uzm. Dr. Rəşad Zeynalov
Haqqında

1979-cu ildə Lənkəran şəhərində dünyaya gələn Rəşad Zeynalov 1985-1993- cü illərdə 8-ci sinifə qədər Lənkəran şəhər 3 nömrəli orta məktəbdə təhsil almışdır. 1993-1997-ci illərdə Bakı Özəl Türk liseyində orta təhsilini tamamlamışdır. Daha sonra 1997-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə Profilaktika Fakültəsinə qəbul omuşdur. 2003-cü ildə eyni fakültəni qırmızı diplomla bitirdikdən sonra 2004-cü il aprel ayında keçirilən TUS (Tıpda Uzmanlıq Sınavı) imtahanında yüksək balla İstanbul Mərmərə Universiteti Ortopediya və Travmatologiya kafedrasına daxil olmuşdur. 2009-cu ildə Türkiyədə rezidentura təhsilini başa vuraraq Ortoped-Travmatoloq cərrah ixitsasını almışdır. Rezidentura müddətində 2000-ə yaxın əməliyyatda iştirak etmişdir. Ortopediyanın onurğa, endoprotez, travma, uşaq ortopediyası , idman yaralanmaları, əl və mikrocərrahiyə sahələrinə dərindən yiyələnmişdir. Bu müddət ərzində 50-yə yaxın kurs və konfranslara qatılmışdır.
Rəşad Zeynalov 2009-2011-ci illərdə Mərkəzi Klinika xəstəxanasında çalışmışdır. 2009-cu ildə onun rəhbərliyi ilə Azərbaycanda ilk dəfə qol replantasiyası uğurla həyata keçirilmişdir. Azərbaycana qayıtdıqdan sonra elmi fəaliyyətləri daha da genişləndirmiş, xarici və yerli konfranslarda davamlı yeni elmi məruzələrlə çıxış etmiş, önəmli tibb jurnallarında elmi məqalələri dərc olunmuşdur. Əyripəncəliyin Ponseti metodu ilə müalicəsinə aid kitabı öz ana dilimizə tərcümə etmişdir. Bu kitab sayəsində Azərbaycan ortopedləri əyripəncəliyin müasir metodları ilə tanış olmuş və köhnə yararsız müalicə metodları ortadan qaldırılmışdır. 2010-cu ildə Tibb Üzrə Fəlsəfə Elmləri Doktoru ünvanına layiq görülmüşdür. Dr. R. Zeynalov SİCOT (Dünya Ortopediya və Travmatologiya Cəmiyyəti) , TOTBİD(Türk Ortoped və Travmatologiya Cəmiyyəti) və AZTOA (Azərbaycan Travmatologiya və Orotpediya Assosiasiyası) cəmiyyətlərinin fəal üzvüdür. 2011-ci ildən bəri Baku Medikal Plaza Xəstəxanasında öz həkimlik fəaliyyətinə davam edir. Evlidir, bir uşaq atasıdır.

Samaje Perine Jersey