PhD Dr. Ramin Rzayev

Təhsil

Tibb elmləri namizədi, Travmatoloq-ortoped Ramin Rzayev 1996-cı ildə Azərbaycan Dovlət Tibb Universitetinin “müalicə profilaktikası” fakültəsinə daxil olmub. 2001-ci ildə V tədris kursunu bitirdikdən sonra Rusiya Federasiyası akad. İ.P. Pavlov adina Sankt-Peterburq Dövlət Tibb Universitetinə qəbul olunmuşdur və iki il təhsilini “müalicə işi” fakültəsində davam etdirərək universiteti 2003-cü ildə fərqlənmə ilə bitirmişdir.

2003-2004-cü illərdə təhsilini Sankt-Peterburq Diplomdan sonrakı Təhsil üzrə Tibb Akademiyasında internatura keçib və 2004-2006-cı illərdə isə rezident kimi “travmatologiya-ortopediya” üzrə davam etdirərək travmatoloq-ortoped cərrah ixtisasına yiyələnmişdir.

İxtisasına uyğun praktik faliyyətini 2004-2010-cü illərdə Russiya Federasiyası R.R. Vreden adına Travmatologiya-Ortopediya Elmi Tədqiqat və prof. İ.İ. Djanelidze adına Sankt-Peterburq Təcili Yardım Elmi Tədqiqat institutlarnda davam etdirmişdir. Adı çəkilən elmi tədqiqat institutlarnda praktik işlə yanaşı elmi fəaliyyətinə 2005-cı ildə başlamışdır və dayaq-hərəkət sisteminin mürəkkəb quruluşa malik ən vacib şöbələrindən biri olan “çanağın – onun həlqəsinin tamlığının (stabilliyinin) pozulması ilə müşaiyət olunan müştərək zədələnmələrinin cərrahi müalicəsi” üzrə tibb elmləri namizədliyini 2010-cu ilin fevralında müdafiə etmişdir.

Avropada, Russiya Federasiyasında travmatologiya-ortopediyanın müxtəlif bölümlərini əhatə edən elmi-praktik kurslarında olmuşdur, həmçinin “oynaqların və sümüklərin endoprotezləşdirilməsi”nin dərinliklərini mənimsəməklə ayrıca diplomuna yiyələnmişdir.

Haqqında

Tibb elmləri namizədi, Travmatoloq-ortoped Ramin Rzayev bir çox konfransların, konqreslərin iştirakçısı olmuş və elmi işi barəsində məruzələrlə çıxışlar etmişdir, elmi jurnalllarda məqalələri dərc olunmuşdur.

2010-cu ilin noyabr ayından etibarən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında həkim travmatoloq-ortoped kimi fəaliyyətini davam etdirir.

İş Cədvəli: I,II,III,IV,V günlər 09:00-16:00, VI gün 09:00-14:00.
(Təcili hallarda: I,II,III,IV,V ,VI və VII günlər 24 saat. Alternativ əlaqə – Gömrük Komitəsinin Mərkəzi Hospitalının qəbul şöbəsinə müraciət etməklə. mob.tel: +994 55 497 18 90, +994 50 775 53 67).