Dr. Ramil Qocayev

Təhsil

Dermatoveneroloq, Kosmetoloq Ramil Qocayev 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika Fakültəsini bitirib.

2000-2001-ci illərdə Saratov şəhər Dəri-Zöhrəvi Dispanserində İnternatura keçib.

Haqqında

Dermatoveneroloq, Kosmetoloq Ramil Qocayev 2001-ci ildə Türkiyədə Həkim Dermatoloq olaraq fəaliyyət göstərib.

2001-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrindən birində Həkim-Tibb xidmətinin Baş Leytenantı olub.

2003-cü ildə Bakı şəhəri 12-saylı poliklinikasında Dəri-Zöhrəvi həkimi olaraq çalışıb.

2003-2007-ci illərdə Bakı şəhəri VIVA tibb mərkəzində Dəri-Zöhrəvi həkimi olaraq çalışıb.

2008-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Diplomdan sonrakı Təhsil Tibb Akademiyasının (СПбМАПО) terapevtik kosmetologiya fakültəsində təkmilləşmə kursu keçib.

2011-ci ildən EAACİ (European Academy of Allergy and İmmunology)-nin üzvüdür.

2013-ci ildən EADV (European Academy of Dermatology and Venerology)-nin üzvüdür.

2013 cü il Türkiyə İstanbul özəl Kadıoğlu Hastanesi Dr.Serkan Aygin mərkəzində Saç Əkimı kursu keçib.

Müxtəlif beynəlxalq konfranslarda iştirak edib.

Məşğul olduğu sahələr;

1. Dermatoloji və veneroloji xəstəliklərin müalicəsi.
2. Çapıqların, tatuların, dəri törəmələrinin və s. aradan qaldırılması.
3. Saç və qaş əkimi(FUE üsulu ilə).
4. Botoks, kontur plastika, mezoterapiya, PRP və s. Inyeksiyalar.
5. Lazer və foto epilyasiyalar.
6. Üz hamarlanması (fraksiyonal CO lazerlə).
7. Piqment ləkələrin müxtəlif üsullarla müalicəsi.
8. Üzdə kapilyarların cihazlarla birdəfəlik ləğv edilməsi.

2007-ci ildən MEDI LUX klinikasında və 2009-cu ildən Modern Hospitalda Dermatokosmetoloq və Dermatoveneroloq olaraq fəaliyyət göstərir.

İş Cədvəli:
MEDI LUX klinikası. I,II,III,IV,V,VI günlər saat 10:00-14:00.
Modern Hospital. I,II,III,IV,V,VI günlər saat 15:00-18:00.