Prof. Nuru Bayramov

Təhsil

Ümumi Cərrah Prof. Nuru Bayramov 1980-1986-cı illərdə Azərbaycan Dövlət Tibb Univesitetinin I Müalicə-Profilaktika fakültəsini bitirib.

Haqqında

Ümumi Cərrah Prof. Nuru Bayramov
1986-1988-ci illərdə Azərbaycan Tibb Universiteti I Cərrahi Xəstəliklər kafedrasında Klinik ordinatura, 1988-1991-ci illərdə Seçenov ad. Moskva Tibb Akademiyasının Ümumi Cərrahiyyə kafedrasında Aspirantura, 1994-2000-ci illərdə Türkiyənin Anakara şəhərinin Başkent Universiteti Organ Nakli Klinikasında Transplantasiya, 1994-1996-cı illərdə Ankaranın Yüksək İhtisas Hastanesində Laparoskopik və qastrointestinal Cərrahiyyə, 1995-1996-cı illərdə Ankara Universitesi Cərrahi Onkoloji Bilim dalı kafedrasında Cərrahi onkologiya və 2011-ci ildə Malatyada İnönü Universitesi Tıp Fakültesində Qaraciyər Transplantasiyası üzrə Peşəkar Təcrübə qazanıb.

Praktik işləri;
1. Laparoskopik cərrahiyyə.
2. Qaraciyər və böyrək transplantasiyası.
3. Öd yolları və mədəaltı vəzi cərrahiyyəsi.
4. Qaraciyər xəstəlikləri və cərrahiyyəsi.
5. Piylənmə cərrahiyyəsi.
6. Mədə-bağırsaq cərrahiyyəsi.

Bitirdiyi kurslar;
1994-cü il Ankara şəhərində Laparoskopik cərrahiyyə.
2000-ci il Mikrocərrahiyyə (Gülhane Askeri Tıp Akademisi, Ankara).
2003-cü il ATLS (Advanced Trauma Life Support, American College of Surgeons).
2006-cı il Laparoskopik fundoplikasiya (İstanbul Hastanesi, İstanbul).
2011-ci il İstanbul şəhərində Qaraciyər transplantasiyası, İASGO + TKD.
2011-ci il Portuqaliyanın Lissabon şəhərində Qaraciyər transplantasiyası, EASL.
2012-ci il Transplantasiya (ITP, European Society of Transplantation)
2012-ci il Turkiyə Bursa şəhərində Split Liver Transplantation .

Üzvü olduğu Cəmiyyətlər;
1. Avropa Hepatoloqlar Cəmiyyəti (EASL)
2. Avropa Endoskopik Cərrahiyyə Cəmiyyəti (EAES)
3. Avropa Transplantasiya Cəmiyyəti (ESOT)
4. Beynəlxalq Qastroenteroloqlar və Onkoloji Cərrahlar cəmiyyəti (IASGO)
5. Avropa Transluminal Cərrahiyyə Cəmiyyəti (EATS)
6. Klinik Robotik Cərrahlar Cəmiyyəti (CRSA)
7. Türkiyə Qastroenteroloqlar Cəmiyyəti.

Prof. Nuru Bayramovu 65 Elmi məqalələrin, 113 tezislərin, çap olunmuş 16 kitabın və 10 İxtiranın və Səmərələşdirici təkliflərin müəllifidir.

Əsas Elmi və praktik fəaliyyət sahələri; Qaraciyər transplantasiyası, cərrahi və terapevtik hepatologiya, laparoskopik cərrahiyyə, ümumi və onkoloji cərrahiyyə.

Dəfələrlə yerli və xarici konqreslərdə iştirak edib.

İşlədiyi vəzifələr və iş yerləri;
1991-1994-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetinin I Cərrahi Xəstəliklər Kafedrasında Assistent vəzifəsində.

1994-1996-cı illərdə Yüksək İxtisas Xəstəxanası, Başkent Üniversiteti və Ankara Universitetində faliyyət göstərərək təcrübəsini artırıb.

1996-1998-ci illərdə Yüzüncü Yıl Universitetinin Tibb Fakültəsinin Ümumi Cərrahiyyə kafedrasıında Doç. dr.

1998-1999-cu illərdə Kırıkkale Universitetinin Tibb Fakültəsinin Ümumi Cərrahiyyə kafedrasında Doç. dr.

1999-2004-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetinin I Cərrahi Xəstəliklər Kafedrasında Dossent vəzifəsində.

2004-2012-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin I Cərrahi Xəstəliklər Kafedrasında Professor vəzifəsində.

Hal-hazırda Mərkəzi Gömrük Hospitalında Ümumi Cərrah və 2012-ci ildən Azərbaycan Dövlət Tibb Universitetinin I Cərrahi Xəstəliklər kafedrasının Kafedra Müdrü vəzifəsində çalışmaqdadır.