PhD Dr. Pərviz Abbasov

Təhsil

1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almışdır.
2005-2008- Azərbaycan Tibb Universiteti, Cərrahi Xəstəliklər Kafedrasında aspirantura təhsili almışdır.

Haqqında

PhD Dr. Pərviz Abbasov – Bariatrik və Metabolik Cərrah.

2012- 2013-cü illərdə Türkiyə Cumhuriyyəti İnönü Universiteti, Cərrahiyə kafedrası, Bariatrik və Metabolik Cərrahiyə bölməsində fəaliyyət göstərmişdir.

2008-ci ildə Rusiya Federasiyası Kazan şəhərində Kazan Dövlət Universitetinin Ümumi Cərrahiyyə kafedrasında Laparoskopik Cərrahiyyə kursu keçmişdir.

2009- cu ildə Almaniya Federativ Respublikası, Lubek Univerisitet Klinikası – Onkologiya və cərrahiyyə kursu keçmişdir.

2011- ci ildə Türkiyə Cumhuriyyəti, İstanbul Universiteti, Robort Cərrahiyyəsi kursu keçmişdir.

2012-ci ildə Türkiyə Cumhuriyyəti, T.C.D., İzmir, Laparoskopik Yoğun Bağırsaq Cərrahiyyəsi kursunda iştirak etmişdir.

2012- 2013-cü illərdə Türkiyə Cumhuriyyəti İnönü Universitetinin Cərrahiyə kafedrası Orqan Transplantasiyası İnistitunda cərrah kimi çalışmış və elmi tədqiqat işi aparmışdır.
Bu dövr ərzində Qaraciyər və böyrək transplantasiyası, piylənmə və metabolik cərrahiyyə sahəsində fəaliyyət göstərmişdir.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişaf Fondunun keçirdiyi elmi işlərin qrant layihələri müsabiqəsinin qalibi olmuşdur.

2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyyətinin qərarı ilə Elmi Fəaliyyətinə görə “Fəxri Fərmanla” təltif edilmişdir.

2010-cu ildən Azərbaycan Tibb Universitetinin “Cərrahiyyə” ixtisası üzrə Aprobasiya Komissiyasında elmi katib vəzifəsində çalışır.

2008-ci ildən tibb elmləri namizədidir. (tibb üzrə fəlsəfə doktoru)

Azərbaycanda ilk dəfə Bariatrik və Metabolik Cərrahiyyə əməliyyatı- Gastric Bypass, Biliopancreatic diversion və Ileal transposision əməliyyatlarını icra etmişdir.

47-dən artıq elmi məqalənin, 3 səmərələşdirici təklifin, 2 ixtiranın müəllifidir.

Üzvlük.

Azərbaycan Cərrah və Qastroenteroloqlar Cəmiyyətinin,
Türkiyə Cərrahiyyə Dərnəyinin,
Türkiyə Hepatopankreatobiliar Cərrahiyyə Dərnəyinin,
Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin və Türkiyə Endokrin Cərrahiyyə Dərnəyinin,
Rusiya Cərrahlar Cəmiyyətinin,
Türkiyə Bariatrik və Metabolik Cərrahiyyə Dərnəyinin,
Türkiyə Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür.

İxtisaslaşdığı və fəaliyyət göstərdiyi sahələr.

– Koklük və piylənmənin müalicəsi
– Metabolik cərrahiyyə. Şəkərli diabet cərrahiyyəsi
– Laparoskopik cərrahiyyə
– Mədə və bağırsaq cərrahiyyəsi
– Yogun bağırsaq cərrahiyyəsi
– Düz bağırsaq cərrahiyyəsi
– Qaraciyər, öd yolları və mədəaltı vəzi cərrahiyyəsi
– Yırtıqların açıq və laparoskopik cərrahi müalicəsi
– Orqan(qaraciyər və böyrək) transplantasiyası.
– Öd yolları, aralıq nahiyəsi və həzm traktının plastik və rekonstruktiv cərrahiyyəsi