Dr. Namiq İsmayılov

Təhsil

Ali dərəcəli uroloq-androloq Namiq İsmayılov 1988-1994-cü illərdə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Rusiya Dövlət Tibb Universitetini bitirib.

1994-1996-cı illərdə Rusiya Federasiyasının Moskva şəhərində Korolenko adına Mərkəzi Dermato-Veneroloji İnstitutunun nəzdində dermatovenerologiya üzrə klinik ordinatura keçib və həmin şəhərin Urologiya İnstitutunda çalışıb.

1996-2002 ci illədə Urologiya İnsitutunda işçi olaraq fəaliyyət göstərib.

Haqqında

Rusiya Federasiyasının Androloqlar Assosiyasiyasının həqiqi üzvüdür.

Kulakov adına Mamalıq, Ginekologiya və Perinatologiya İnstitutu nəzdində andrologiya və urologiya üzrə kurs keçib. Moskva (Rusiya).

D.O. Otta adına Mamalıq və Ginekologiya Elmi Tədqiqat İnstitutu nəzdində andrologiya üzrə kurs keçib. Sankt-Peterburq (Rusiya).

Laporaskopik urologiya (endourologiya) üzrə beynəxalq diplom. Strasburq (Fransa). 2012-ci il.

Uroandroloji problemlərdən əziyyət çəkən uşaq və böyüklərlə iş üzrə yüksək təcrübəli klinisistdir.

2012-ci ildən Grand hospitalda Uroloq-androloq vəzifəsində çalışır.

İş Cədvəli: I,II,III,IV,V,VI günlər saat 09:00-15:00.