Dr. Müseyib Əhmədov

Təhsil

Travmatoloq-ortoped Müseyib Əhmədov 1988-1994-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetini bitirib.

1994-1995-ci illərdə 1 saylı Hərbi Hospitalda Travmatologiya və Ortopediya ixtisası üzrə İnternatura keçib.

1997-1998-ci illərdə Ukrayna Respublikasının Xarkov şəhərinin Sitenko adına Travmatologiya və Ortopediya İnstitutunda Klinik Ordinatura keçib.

2001-ci ildə Həkimləri Təkmilləşdirmə İnstitutunda Travmatologiya və Ortopediya ixtisası üzrə 3 aylıq İxtisasartırma kursu keçib.

2003-cü ildə (ATLS) Committae on Trauma American College of Surgeons kursu keçib.

2004-2010-cu illərdə AO Synthes və AO Trauma kurslarını keçib.

Haqqında

Travmatoloq-ortoped Müseyib Əhmədov 1995-1998-ci ilərdə Ukrayna Respublikasının Mariupol şəhərində həkim Travmatoloq-ortoped vəzifəsində çalışıb.

2000-2002-ci illərdə Bakı şəhəri Travmatologiya və Ortopediya Klinik Xəstəxanasında həkim Travmatoloq-ortoped vəzifəsində çalışıb.

2002-2009-cu illərdə Səudiyyə Ərəbistan Krallığının Bureydah şəhərində yerləşən Bureydah Mərkəzi Hospitalında həkim Travmatoloq-ortoped vəzifəsində çalışıb.

2009-cu ildən hal-hazıra kimi Mərkəzi Gömrük Hospitalında həkim Travmatoloq-ortoped olaraq fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanın Tibb Assosiyasiyanın üzvü və Avropa “AO. Spine” cəmiyyətinin üzvüdür.

İş Cədvəli: I,II,III,IV,V,VI günlər saat 09:00-16:00.