Uzm. Dr. Leyla Mirzoyeva

Təhsil

Dr. Mirzoyeva Leyla 1999-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirib.

Haqqında

Dr. Mirzoyeva Leyla 1999-2000-ci illərdə M. Topçubaşov adına Eksperimental Cərrahiyyə İnstitutunda cərrahiyyə üzrə internatura keçib.

2001-ci ildə Türkiyədə Tibbdə Uzmanlıq Sınavından (TUS) keçərək Hacettepe Universitetinin Pediatriya kafedrasında çalışmağa başlayıb.

2004-2009 ildə İstanbul Universitetinin İstanbul Tibb fakultəsinin Dəri-Zöhrəvi Xəstəliklər kafedrasında “Dermatologiya Uzmanı” adına layiq görülüb.

Hal-hazırda Medeks Hospitalında fəaliyyət göstərir.