Dr. Heyran Hüseynova

Təhsil

Mama-ginekoloq Heyran Hüseynova 1999-2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsini bitirib.

2005-2006-cı illərdə 5 saylı Xəstəxananın Cərrahiyyə şöbəsində İnternatura keçib.

2009-2012-ci illərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Diplomdan Sonrakı Təhsil Tibb Akademiyasında Ordinatura keçib.

Rusiya və Türkiyədə Mama-ginekoloq ixtisası üzrə praktik təcrübə qazanıb və həmən ölkələrdə kursları bitirib.

Haqqında

Mama-ginekoloq Heyran Hüseynova 2003-2011-ci illərdə İSOS Baku Clinic Mərkəzində Həkim vəzifəsində çalışıb.

2012-2013-cü illərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən ЭКО Безопасность Klinikasında Mama-ginekoloq vəzifəsində çalışıb.

İngilis, Fransız, Rus dillərini sərbəst bilir.

Uşaqlıq boynunun xərçəngi və xərçəng önü prosesləri haqqında elmi məqalələri var.

Dəfələrlə yerli və xarici konfranslarda iştirak edib.

Hal-hazırda Caspian İnternational Hospitalda Mama-ginekoloq vəzifəsində çalışır.

İş Cədvəli; I,II,III,IV,V,VI günlər saat 09:00-15:00.