PhD Dr. Fariz Alışov

Təhsil

1994-2000-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsində təhsil almışdır.
2000-2001-ci illərdə Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutuna neonatoloq ixtisası üzrə internatura keçmişdir.

Haqqında

T.e.n. Dr. Fariz Alışov – LOR (qulaq-burun-boğaz).

Alışov Fariz Ələsgər oğlu, 16 aprel 1977-ci il tarixdə Masallı rayonunun Binə Xocavar kəndində ziyalı ailəsində anadan olmuşdur. 1984-1994-cü illərdə Masallı rayonu 3 №-li orta məktəbində orta təhsil almışdır.

2001-2003-cü illər arasında Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və ehtiyyatda olan zabit kimi təxris olunmuşdur.

2003-cü ildə Rusiya Federasiyası M.F. Vladimirski adına Moskva Əyaləti Elmi Tədqiqat Klinik İnstitutunun otorinolarinqologiya kafedrasına kliniki ordinaturaya daxil olmuş, 2005-ci ildə ordinaturanı bitirərək həmin kafedrada kliniki aspiranturaya qəbul olunmuşdur (klinikanın rəhbəri – prof. Zenger V.G.).
2006-cı ildə Rusiya Dövlət Lazer Təbabəti Elmi Mərkəzində lazer cərrahlığı və lazer müalicəsi üzrə kvalifikasiya keçmişdir.
2008-ci ildə “Лазерохирургия и иммунокоррегирующая терапия в комплексном лечении респираторного папилломатоза” (Respirator papillomatozun kompleks müalicəsində lazer cərrahlığı və immunokorrektəedici terapiya) elmi mövzusunda tibb elmləri namizədi elmi dərəcəsini müvəffəqiyyətlə müdafiə etmişdir (elmi rəhbəri – Aşurov Z.M., elmi konsultantı – t.e.d. Vasilenko İ.A.).
30 dan artıq elmi məqalələrin, 3 patentin müəllifi və həmmüəlifidir.
Məqalələri müxtəlif beynəlxalq elmi jurnallarda dərc olunmuşdur və beynəlxalq konfranslarda məruzə edilmişdir.
Müxtəlif beynəlxalq konfransların, simpoziumların, qrultayların iştirakçısıdır. İşlədiyi müddətdə LOR (otolarinqologiya) sahəsində bütün standart və müasir tətbiq olunan, xüsusi təcrübə tələb edən cərrahi əməliyyatlar, LOR orqanlarda müxtəlif lazer cərrahi əməliyyatları icraçısıdır.
Gənc mütəxəssislərin yetiştirilməsi və tədrisində aktiv iştirak edib.

2008-ci ildə Bakı şəhərində “Oksigen”, “Ankara” tibb mərkəzlərində çalışmışdır.