PhD Uzm. Dr. Elnur İmanov

Haqqında

1990-cı ildə Türkiyə Respublikası İstanbul şəhərində FEM dersanəsinə qəbul olub və 1992-ci ildə İstanbul Universitetinin Cerrahpaşa Tibb fakültəsinə qəbul olub .

23.11.2001 tarixində 10217 nömrəli Həkimlik diplomu ilə məzun olub.
Məzun olduqdan sonra İstanbul şəhərində İstanbul Tibb fakültəsində Uşaq Xəstəlikləri kafedrasında 01.12.2001-15.12.2004 tarixlər arasında Uşaq Həkimi uzmanlığı alıb və Uşaq Həkimi vəzifəsində çalışıb.

30.12.2004 tarixində Azərbaycan Tibb Universitesinin Uşaq xəstəlikləri kafedrasına aspiraturaya qəbul olub və Uşaq Kardiologiya üzrə elmi işə başlayıb. İstanbul şəhərindəki Dr Siyami Ersek Kalp Damar Cerrahi Egitim ve Araştırma Hastanesində 12.02.2006-12.11.2009 tarixlərində uşaq kardiologiya tam təhsilini bitirib və Uşaq Kardioloq ünvanı alıb .

26.01.2010 tarixində Tibb üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini alıb.