Uzm. Dr. Elməddin Əliyev

Təhsil

Ürək-damar cərrahı Elməddin Əliyev 2001-2007-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə Profilaktika fakültəsini bitirib.

2007-2013-cü illərdə Türkiyə Respublikasının İzmir şəhərnin Ege Universitetinin Tibb fakültəsinin Ürək Damar Cərrahiyyə kafedrasında Rezidentura keçərək Ürək-damar Uzmanı olmuşdur.

Haqqında

Ürək-damar cərrahı Elməddin Əliyev 2011-ci ilin Dekabr ayından 2012-ci il May ayına kimi ABŞ-nın Texas ştatının Texas&M Universitetində Süni Ürək proqramında iştirak etmişdir.

2013-2014-cü illərdə Türkiyə Respublikasının İzmir şəhərnin Ege Universitetində Xarici Uzman statusunda Ürək-damar cərrahı olaraq çalışmışdır.

Türk Ürək-Damar Cəmiyyətinin üzvüdür.

Bir çox beynəlxalq və xarici konfranslarda iştirak edib.

Hal-hazırda Mərkəzi Gömrük Hospitalında Ürək-damar cərrahı vəzifəsində çalışır.

İş Cədvəli:
I,II,III,IV,V günlər saat 09:00-16:00, VI gün saat 09:00-14:00.