Prof. Dr. Elçin Ağayev

Prof. Dr. Elçin Ağayev
Təhsil

Ümumi Cərrah Elçin Ağayev 1980-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1986-cı ildə oranı bitirərək həkim-cərrah ixtisasına yiyələnmişdir.

1986-1987-ci illər ərzində M.Nağıyev adina KTTYX-da cərrahlıq ixtisası üzrə internatura keçmişdir.

1990-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasına əyani aspiranturaya qəbul olunmuş və 1993-cü ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək “Hemodinamikanın və homeostazın müxtəlif vəziyyətlərində bağırsaq anastomozlarının bitişməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Haqqında

Ümumi Cərrah Elçin Ağayev 1987-1990-cı illərdə təyinat üzrə Saatlı Rayonu Mərkəzi Xəstəxanasında cərrah vəzifəsində çalışmışdir.

1994-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Ümumi Cərrahlıq kafedrasına Assistenti, 2011-ci ildə isə Dosenti vəzifəsinə seçilmişdir.

2014-cü ildə “Bağırsaqların təcili və təxirəsalınmaz rezeksiyasıdan sonrakı erkən nəticələrin yaxşılaşdırılması yolları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Bu günə qədər 70-dən artıq çap olunmuş elmi məqalə, tezislərin, habelə 1 metodiki tövsiyə, 1 tədris-metodiki vəsait, 1 dərs vəsaitinin və 2 ixtira patentinin müəllifidir.

1986-cı ildən bu günə qədər qalxanvari vəz, mədə, nazik və yoğun bağırsaqlar, qaraciyər, öd yolları, mədəaltı vəzidə aparılan təcili və planlı, habelə bir sıra ginekoloji, proktoloji, onkoloji, fleboloji əməliyyatların mahir icraçılarındandır. O təcili və təxirəsalınmaz cərrahiyyə sahəsində çox böyük təcrübəyə malikdir. Namizədlik və doktorluq dissertasiyaları cərrahi qastroenterologiyanın ən aktual problemlərindən biri olan bağırsaqların təcili və təxirəsalınmaz rezeksiyasına həsr olunmuş və bu sahədəki yeniliklərinə görə iki ixtira patenti almışdır. Son zamanlar geniş yayılmış laparoskopik əməliyyatların icrasında nəaliyyətləri vardır.

Hal-hazırda Azərbaycan Dövlət Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Cərrahiyyə şöbəsinin müdiri və Ümumi cərrahiyyə kafedrasının Dosenti vəzifəsində çalışır.

İş Cədvəli: I,II,III,IV,V,VI günlər saat 08:30-15:30.

Samaje Perine Jersey