Dr. Xaqani Hüseynov

Təhsil

2001-ci ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin məzunu olub.
2005-2006-cı illərdə Sankt-Peterburq Diplomdan sonrakı Təhsil Akademiyasında professor Aleksey Vasilyevin rəhbərliyi ilə Üz-çənə cərahiyyəsi və İmplantologiya üzrə ixtisaslaşma kursunu bitirmişdir.
2006-2010-cu illərdə İstanbulda Ata Anılın İmplantologiyada Estetika kursunu, Cuxhavendə kompozit restavrasiyalar, ABŞ-da professor Dan Fischer Estetik Kompozit Restovrasiyalar master-klass kursunu, Münihdə iki dəfə professor Lankın “Fast and Fix”kurslarını, Qalib Gürelin Estetik Lamina Vinir,Franfurkda Orcan Yükselin Dərhal Yükləmələr və ring əməliyyatları, İsraildə, İsveçdə Augumentasiyalar kursunu bitirmişdir. 2011-ci ildə İtaliyada L. Vanininin Estetik Kompozit Restovrasiyalar kursunu bitirmişdir. 2011-ci ildə Almaniyanın Achen Universitetində lazer stomatologiyası üzrə master dərəcəsini almışdır.
2011-2012-ci illərdə Ankara Gazi Universitetində prof. Ateş Parlarinin rəhbərliyi ilə Parodontoloji cərrahiyyə kurslarını tam bitirmişdir.

Haqqında

Dr. Xaqani Hüseynov – Stomatoloq.

Hüseynov Xaqani İsa oğlu 1979-cu ildə Naxçıvan MR-nın Şərur Rayonunda doğulub.
2001-2002-ci illərdə Türkiyənin Trabzon şəhərində Endodontiya sahəsində işləmişdi.
2002-2005-ci illərdə şəxsi stomatoloji klinikasında (Xaqani Dental) diş həkimi olaraq fəaliyyət göstərib.
2008-ci ildə “Estetik Diş” Stomatoloji klinikasını təsis etmişdir.
Estetik Diş Həkimliyi Akademik Dərnəyinin (EDAD Bakı) sədridir.