PhD Dr. Vüqar Fəttah-Pur

Haqqında

PhD Dr. Vüqar Fəttah-Pur – Ümumi cərrah, Diabetik pəncə üzrə mütəxəssis, Tibb üzrə fəlsəfə doktoru, 2-ci cərrahi xəstəliklər kafedrasının asistenti.

Fəttah-Pur Vüqar Əli oğlu 01.02.2007-ci ildən Ə.Əliyev adına AzDHTİ-nin Cərrahiyyə-I kafedrasının baş laborantı, 2011-ci ildən Cərrahiyyə-II kafedrasının assistenti vəzifəsində çalışır. 2010-cu ildə “Helicobacter pylori nəzərə alınmaqla mədə şirəsinin reoloji xüsusiyyətlərinin selektiv proksimal vaqotomiyanın nəticələrinə təsiri” mövzusunda dissertasiyanı müdafiə edərək tibb elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

14 elmi məqalənin, 1 dərs vəsaitinin müəllifidir.