Dr. Samir Cavadzadə

Haqqında

Prof. Samir Cavadzadə – Uroloq.

Professor S.M. Cavad-zadə “Nefrolitiazlı xəstələrdə operativ müalicə və DZDL böyrəklərin funksional vəziyyətinə və каlsium homeostazının bəzi göstəricilərinə təsirinin müqayisəli qiymətləndirilməsi” mövzusunda namizədlik dissertasiyasını 1992-ci ildə Baki şəhərində, “Endemik reqionda sidikdaşı xəstəliyi” mövzusunda doktorluq dissertasiyasını isə 1999-cu ildə Moskva şəhərində müdafiə etmişdir. O, ilK dəfə Azərbaycanda sidikdaşı xəstəliyində distansion zərbə dalğalı litotripsiya və aşağı sidik yollarının xəstəliklərində transuretral rezeksiya müasir müalicə üsullarını geniş surətdə tətbiq etməklə bu istiqamətdə öz elmi işlərini davam etdirir. 2005-ci ildə “Tərəqqi’” ordeninə layiq görülmüşdür.1 kitab, 4 metodik tövsiyə, 1 patent, 7 səmərələşdirici təklif və 42 elmi məqalənin müəllifidir.

Professor Cavad-zadə Samir Mirməmməd oğlu 2009-cu ildən Azərbaycan Uroloqlar Asossiasiyasının prezidentidir.