Dr. Rəhimə Atəş

Təhsil

2003-2009-cu illərdə tibbi təhsilibitirdikdən sonra
2010-2011-ci illərdə İstanbul Universitetinin Tibb fakültəsində, 2011-ci ildə Memorial Xəstəxanasında təkmilləşdirmə kursunu keçmişdir.

Haqqında

Dr. Rəhimə Ateş 2011-2012-ci illər ərzində Türkiyənin nüfuzlu Memorial Xəstəxanasında müşahidəçi həkim, həmçinin fiziki və zehni çatışmamazlığı olan uşaqlar üçün yaradılmış Aliza Reabilitasiya Mərkəzində həkim reabilitoloq olaraq fəaliyyət göstərmişdir.
Dr. Rəhimə Ateş 2012-ci ildə Kranio-Sakral terapiya kursunu müvəffəqiyyətlə başa vuraraq sertifikat almışdır. Kursu uğurla başa vurduqdan sonra Dr. Ateş 2013-cü ildə Rehamer Fiziki Müalicə Mərkəzində, 2013 – 2014-cü illərdə isə yenidən Memorial Xəstəxanasının Fizioterapiya və Reabilitasiya şöbəsində müşahidəçi həkim olaraq fəaliyyətini davam etdirmişdir.
2015-ci ildə Darüşşafaka fizioterapiya və reabilitasiya mərkəzində təkmilləşmə kursu keçərək həmin mərkəzdə müşahidəçi həkim olaraq çalışmışdır.
Dr. Rəhimə Atəş hal-hazırda Bakıda yerləşən Mediland Hospital Fizioterapiya və Reabilitasiya Mərkəzində Fizioterapevt və Reabilitoloq həkim olaraq fəaliyyətini davam etdirir.
İxtisaslaşdığı sahələr bel və boyun ağrıları, onurğa yırtıqları, çiyin və dizdə ağrılar, iflicli xəstəliklər, uşaqlarda beyin iflici, braxial plexsus və digər koordinasiya pozuntularıdır.
Dr. Rəhimə Atəşin qəbuluna yazılmaq və ya ətraflı məlumat üçün əlaqə saxlayın: +994 55 857 83 2