Dos. PhD Dr. Ramiz Poluxov

Təhsil

1984-cü ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olmuş, birinci kursu bitirdikdən sonra 1985-1987-ci illərdə Leninqrad şəhər Hərbi xidmətdən tərxis olunduqdan sonra ikinci kursdan təhsilini davam etdirmişdir.
1992-ci ildə ATU-nu adlı təqaüdlə bitirərək, Universitet Elmi Şurasının qərarı ilə uşaq cərrahlığı kafedrasında kliniki ordinaturada saxlanılmışdır.
1992-1994-cü illərdə həmin kafedrada klinik ordinatura keçmişdir.

Haqqında

Dr. Ramiz Poluxov – Dosent. Tibb üzrə fəlsəfə doktoru. Uşaq cərrahiyyə şöbə müdiri.

İş təcrübəsi:

1994-1998-ci illərdə kafedrada baş laborant vəzifəsində çalışmış, 1998-ci ildən isə uşaq cərrahlığı kafedrasının assistenti, 2007-ci ildən dosent vəzifəsində çalışır. Eyni zamanda 2000-ci ildən kafedranın tədris hissə müdiridir. 1999-cu ildə professor Ç.B.Quliyevin rəhbərliyi altında «Uşaqlarda qara ciyər exinokokkozunun cərrahi müalicəsinin yaxşılaşdırma yolları» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsini almışdır.

90-dan çox elmi məqalənin, 5 metodik vəsaitin, 2 səmərələşdirici təklifin, həmçinin «Uşaqlarda exinokokkoz xəstəliyi» monoqrafiyasının və «Uşaq cərrahlığı fənninin tədris proqramı»nın həmmüəlliflərindən biridir.
R.Ş.Poluxov dəfələrlə konqress və konfranslarda uşaq cərrahiyyəsinin müxtəlif patologiyaları barəsində məruzələrlə çıxış etmişdir.
2008-ci ildə «Uşaqlarda xroniki qəbizliklə müşayət olunan cərrahi patologiyaların diaqnostikası və kompleks müalicəsi» mövzusunda doktorluq işi təsdiq olunmuşdur.