PhD Dr. Elçin Mustafayev

Təhsil

1994-2000-ci illərdə Azərbaycan Tibb Universiteti I Müalicə-profilaktika fakültəsinə daxil olub.
2000-2001-ci illərdə Respublika Klinik Xəstəxananın Urologiya şöbəsində internatura keçmişdir.

Haqqında

T.e.n. Dr. Elçin Mustafayev – Uroloq, Urologiya Şöbəsinin Müdiri, Tibb Üzrə Fəlsəfə Doktoru, Moskva Urologiya Elmi-Tədqiqat İnstitutu Məzunu

2001-2002-ci illərdə Mərkəzi Klinik Xəstəxana uroloq işləyib.
2002-2004-cü illərdə Moskva Urologiya Elmi Tədqiqat İnstitutu Endourologiya şöbəsində klinik-ordinaturada təhsil almışdır.
2004-cü ildə Moskva Urologiya Elmi Tədqiqat institutu Endourologiya şöbəsində aspiranturaya daxil olub.
2007 ci ildə “TUR prostat əməliyyatının infeksion-iltihabi ağırlaşmalırının profilaktikasında ozonoterapiyanın istifadəsi” mövzusunda elmi iş müdafiə edərək tibb elmləri namizədi adını alıb.
2006-cı ildə 3 ay müddətində Moskva RMAPO ozonterapiya kursu keçmiş və ozonoterapevt ixtisasını alıb.
2007-ci ildə 3 ay Moskva RMAPO “urologiyada ultrasəs müayinə” sertifikasiya kursu keçib. 2007-ci ildə 3 ay Moskva RMAPO “endourologiya və laparoskopik urologiya” kursu keçib. Avropa Uroloji Cəmiyyətin aktiv üzvüdür.
2012 ci il iyun ayında Fransa, Strasburg şəhərində İRCAD laparoskopik uroloji cərrahiyə intensiv kursunu keçib, praktik və teoretik sahələrdən imtahan verərək sertifikat və Strasburg Universitetinin diplomunu qazanmışdır.
2007-2014-cü illərdə N. Tusi adına klinikada uroloq vəzifəsində çalışmışdır.

2014-cü ildən Mərkəzi Dənizçilər Xəstəxanasında urologiya şöbəsinin müdiri vəzifəsində çalışır.