Dr. Kamran Beydullayev

Təhsil

1996-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə Profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1996-1997-ci illərdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında cərrahiyyə üzrə internatura keçmişdir.
2007-ci ildə İngiltərənin Kral Cərrahiyyə Kollecində Cərrahlıq Diplomu üçün imtahan vermiş və Kral Cərrahiyyə Kollecinin Diplomunu almışdır. ( MRCS England )

Haqqında

Dr. Kamran Beydullayev – Ümumi cərrah və cərrah-transplantoloq. MRCS Eng.

1973-cü ildə Ağsu rayonunda anadan olub.

1997- 2002-ci illərdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında həkim-cərrah vəzifəsində çalışmışdır.

2002-2007-ci illərdə Səudiyyə Ərəbistanda Prins Nasser Bin Saad Əl Suderi hospitalında həkim-cərrah işləmişdir.

2007-2009-cu illərdə N.Tusi adına klinikada həkim-cərrah vəzifəsində çalışmışdır.

2009-cu ildə bir il müddətində Türkiyənin İzmir şəhərində Kent xəstəxanasında Orqan Transplantasiyası üzrə treyninq keçmişdir.

2009-cu ildən Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası Mərkəzində həkim-cərrah vəzifəsində çalışır.

İşlədiyi müddətdə açıq və laparoskopik ümumi cərrahiyyə əməliyyatları icra etmişdir. Onun iştirakı ilə 250-dən artıq qaraciyər və böyrək transplantasiyası əməliyyatı icra edilmişdir. Bir neçə xarici və yerli tibb jurnallarında elmi məqalələr müəllifidir.