PhD Dr. Fərman Həsənov

Təhsil

Dr. Fərman Həsənov 1981-1986-cı illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Haqqında

Dr. Fərman Həsənov – Ağız və üz-çənə cərrahı, Tibb elmləri üzrə fəlsəfə doktoru.

Həsənov Fərman İbrahim oğlu 1959-cu ildə Azərbaycan Respublikası Tovuz rayonunun İbrahimhacılı kəndində anadan olmuşdur. 1966-1976-cı illərdə orta məktəbi bitirmişdir. İstehsalatda və hərbi qulluqda olduqdan sonra 1981-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 1986-cı ildə ATU-nun stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbəlik illərində bir neçə ixtira və səmərələşdirici təklifə müəlliflik şəhadətnaməsi almışdır. Onlardan ən başlıcası “ Stomatoloji kombayn” olmuşdur. 1986-1990-cı illərdə Tovuz rayonunda stomatoloq olaraq çalışmışdır. 1990 – cı ildə Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasına assistent vəzifəsinə seçilmişdir. Qarabağ müharibəsi dövründə yaralılarla müalicə işində “Almacıq sümüyünün repozisiyası və fiksasiyası üçün qurğu” ixtirası bir neçə yaralının müalicəsində istifadə olunmuşdur. Hazırda o qurğu KTM-in üz-çənə cərrahiyyəsi şöbəsində istifadə olunur.
Tədris və müalicə işləri ilə yanaşı 2001-ci ildə “Kükürd tərkibli sərbəst aminturşuların çənə sınıqları zamanı sümük toxumasının regenerasiyası prosesinə təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adını almışdır. 2006-cı ildə gicgah-çənə oynağının çıxıqlarına aid “Çənənin ön çıxığının yerinə salınması üçün qurğu” ixtirasına patent almışdır. Dünya ölkələrinin bir çoxunda- Amerika, Fransa, İtaliya, Türkiyə, İspaniya, İsveçrə, Rusiya, Ukrayna və Mekiskada implantologiya və üz-çənə cərrahiyyəsi konfranslarında və kurslarında fəal iştirak etmişdir. 2009-cu ildə İmplantoloqların Beynəlxalq Simpoziumunda “Radikulyar kistalar və kök rezeksiyasına yeni baxışlar” mövzusunda məruzə etmişdir. 2013-cü ildə Bakıda keçirilən Xəzər konfransında “Gicgah-çənə oynaq başı-dişləm münasibəti xəstəliklərinin diaqnostikası, müalicəsi, bu harmoniyanın bərpası üçün yeni qurğu” elmi mövzusu ilə çıxış etmişdir.
Dünya İmplantoloqlarının və EDAD-ın, Azərbaycan İmplantoloqlar Birliyinin üzvüdür.
10-11. 11.2014- cü ildə AMEA –da keçiriliən Bakı Elm Festivalında 2 ixtira ilə çıxış etmişdir.