PhD Dr. Fərhad Ağayev

Təhsil

Ağayev Fərhad Fəxrəddin oğlu 1983 ildə Bakı şəhərində anadan olmuşdur.
2000-ci ildə Bakı şəhəri Səbail rayonunun 160 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olunmuşdur.
2005-2006-cı illərdə köçürmə yolu ilə İ.İ. Meçnikov adına Sankt-Peterburq Tibb Akademiyasında təhsil almışdır.
2006-2007-ci illərdə Diplomdan sonrakı Təhsil üzrə Sankt-Peterburq Tibb Akademiyasının Ümumi Cərrahiyyə kafedrasında internatura keçmişdir
2007-2009-cü illərdə Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının Ürək-damar Cərrahiyyəsi kafedrasında ordinatura təhsili almışdır.
2009-2012-ci illərdə Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının ürək-damar cərrahiyyəsi kafedrasının aspirantı olmuş və 2012 ci ilin yanvar ayında “Ürək-damar Cərrahiyyəsi” ixtisasından tibb elmləri namizədi üzrə dissertasiyanı müdafiə etmişdir.
2011-ci ildə Almaniyanın Nyurnberq şəhərinin Damar Cərrahiyyəsi klinikasında iş təcrübəsi keçmə kursunu bitirmişdir.

Haqqında

PhD Dr. Fərhad Ağayev – Damar cərrahı.

Aspirantura müddətində Hərbi-Tibb Akademiyanin Ürək-damar cərrahiyyəsi klinikasının damar şöbəsinin rəis müavini vəzifəsində işləmişdir.
2012-2014-cü illərdə Medistyle Hospitalda damar cərrahı vəzifəsində çalışmışdır.
2015-ci ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında damar cərrahı vəzifəsində çalışır.