Dr. Fariz İsayev

Təhsil

Rusiya Federasiyası Həştərxan Dövlət Tibb Akademiyası

Haqqında

Sərbəst aparılan cərrahı əməliyyatların siyahısı
Ürəkdə , periferik arterialda və venalarda aparılan əməliyyatlar:

-Angioqrafiya ( koronarangioqrafiya, serebral və braxiosefal angioqrafiya, aortoqrafiya, ətraf damarların angioqrafiya, flebografiya)
-Rentgenendovaskulyar müdaxilələr (koronar arteriyalara stentin yeridilməsi, karotid arteriyalara stentin yeridilməsi, periferik arteriaların balonangioplastikası, stentin yeridilməsi, kavafiltr quraşdırılması, )
– Skleroterapiya ( köpük və dərmanla skleroterapiya) kiçik kalibrli venalar, ulduzcuqların (teleangioektaziyalar) ləğv olunması.
– Flebektomiya.
– Miniflebektomiya (əməliyyat zamanı kiçik kəsiklərdən istifadə olunur, tikişlər plastik tikişlə tikilir, əməliyyat izi qalmır).
-Endovazal lazer koaqulyasiya (varikoz venaların lazer üsulla mualicesi). Yerli anesteziya altında aparılır (narkozsuz)
-Endoskopik subfascial perforant damarların ligasiyası (venoz trofik xoraların cərrahi müalicəsi )
-Dərin və dərialtı venalarda trombların çıxarılması.
-Venoz trofik xoraların, Limfostazların , Posttrombotik xəstəliklərin, Xroniki venoz çatışmamazlığın cərrahi və konservativ müalicəsi.
-Yuxarı və aşağı ətraf arteriyalarının trombektomiyası
-Laylanan anevrizmanın cərrahi müalicəsi
-Diabetik angiopatiyaların müalicəsi
-Trofik xoraların cərrahi və konservativ müalicəsi
-Simpatikoektomiyalar (açıq və endoskopik üsulla)
-Aşağı və yuxarı ətraflarda bütün səviyyələrdə amputasiyası.
-Damar-sinir zədələnmələrin bərpası,
-Arterio-venoz fistulanın qoyulması (həmodializ alan xəstələrə)
– Arteriyaların stenozu, okkluziyası, trombozunun konservativ və cərrahi müalicəsi (Femoro-popliteal və tibial şuntlanma)
– Karotid endarterektomiya, arterioplastika.
– Körpücükaltı arteriyaların yamanması, şuntlanması

-Aortada şuntlanma və protezləşdirmə əməliyyatları( Aortanın anevrizmektomiya, aorta bifemoral, aorta femoral şuntlanma)
-Aorto-koronar şuntlama əməliyyatı