PhD Dr. Fariz Babayev

Təhsil

1980-1986-cı illərdə Azərbaycan Tibb Universitetinin müalicə pofikaktika fakültəsini bitirmişdir.

1989-1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda klinik ordinatura keçmişdir.

1991-ci ildə M.Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitunun hemodializ laboratoriyasında kiçik elmi işçi ,1994-cu ildən böyük elmi işçi kimi çalışmışdır.

Haqqında

Dr. Fariz Babayev – Nefroloq. Tibb elməri namizədi.

İxtisaslaşma.
1992-ci ildə Nefrologiya üzrə,
1995-ci ildə Urologiya üzrə,
2003-cü ildə Nefrologiya və homodializ üzrə,
2007-ci ildə Səhiyyə nazirliyinin göndərisi ilə Türkiyə Cumhuriyyətində Nefrologiya üzrə,
2011-ci ildə Moskva Tibb İnstitutu nəzdində Nefrologiya üzrə.

Babayev Fariz Hənifə oğlu 1963-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-cı ildə orta məktəbi “Qızıl medal” ilə bitirmişdir.
1986-cı ildə Azərbaycan Tibb Universitetini “Fərqlənmə diplomu” ilə bitirmişdir.
1994-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsi üzrə dissertasiya işini müdafiə etmişdir. Hazırda Ə.Əliyev adına Az.DHTİ-nin hemodializ laboratoriyasının böyük elmi işçisi, 2003-cü ildən Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiridir. 2006-cı ildən Avropa Nefroloqlar və Dializ Assosiasiyasının üzvüdür.
2004-cü ildə “Vektor” Beynəlxalq Elmi Mərkəzi komissiyasının qərarı ilə “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif olunmuşdur. Ali dərəcəli həkimdir.
1 səmərələşdirici təklifin, 2 metodik tövsiyyənin, 18 elmi-publisistik, 30-dan artıq elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir.

2002-ci ildə “Qızıl Fonendoskop”,
2004-cü ildə “İlin həkimi”
2005-ci ildə “Şəfalı əllər”
2006-cı ildə “Hippokrat” və bir çox diplomlara layiq görülmüşdür.

Haqqında “XXI əsrin ziyalıları” (2004), “Şəfalı əllər” (2007), “Sağlamlığın bələdçisi” (2007) adlı biblioqrafik toplularda məqalələr dərc olunmuşdur.
2005-ci ildən Səhiyyə Nazirliyinin 118 saylı əmrinə əsasən yaradılmış “Hemodializ müalicəsinə ehtiyacı olan və bu müalicəni alan xəstələrin qeydiyyatının qaydaya salınması və müalicəsinin təşkilinin təkmilləşdirilməsi” komissiyasının üzvüdür.