Dr. Barat Yusubov

Təhsil

1995-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakultəsinə daxil olmuşdur. 2001-ci ildə ali təhsilini bitirmiş, 2001 – 2002-ci illərdə M. Ə. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin “Hemodializ” şöbəsində nefrologiya ixtisası üzrə internatura təhsilini almışdır.

Haqqında

Dr. Barat Yusubov – Nefroloq.

2004-2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının “Nefrologiya” şöbəsində həkim-nefroloq işləmişdir. 2005-ci ildən M. Ə. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin “Hemodializ” şöbəsində həkim-nefroloq olaraq işləyir. 2009-2012 ci illərdə Avrasiya Klinikasında Baş həkim olaraq çalışmışdır. 2012-ci ildən etibarən MediStyle Hospitalda Baş həkim vəzifəsində çalışır. Barat Yusubov bir sıra Tibbi konfranslarda iştirak etmişdir, bunlardan : 2014-cü il, 26-27 aprel tarixlərində, Türkiyənin Bolu şəhərində keçirilən “ VI. Çapa nefroloji Günləri “ konfransı, 2014-cü il 22-26 oktyabr tarixlərində Türkiyənin Antaliya şəhərində keçirilən ” 31.Ulusal Nefroloji , Hipertansiyon, Diyaliz ve Transplantasyon” kongresi.