PhD Dr. Ariz Xəlilov

Təhsil

1970-1976-cı illərdə Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsini bitirmişdir.
1976-1977-ci illərdə Bakı 2 saylı kiliniki xəstəxanasında internatura keçmişdir.

Haqqında

PhD Dr. Ariz Xəlilov – Həkim-kardioloq, Tibb Elmləri Doktoru,

1977-1979-cu iilərdə Dəvəçi rayon Mərkəzi xəstəxanasında həkim-terapevt işləmişdir.
1979-1981-ci illərdə Azərbaycan Dəmir Yolu Dəvəçi Poliklinikasının xətt amblatoriyasında baş həkim kimi çalışmışdır.
1979-cu ildə Moskva şəhərində kardioreanimasiya ixtisası üzrə işləmişdir.
1981-1983-cü illərdə C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda kardiologiya ixtisası üzrə kliniki ordinatura keçmişdir.
1985-ci ildən C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda elmi işçi vəzifəsində çalışır.
1991-ci ildə Ürək ritminin pozulmaları və onların müalicəsi mövzusun namizədlik dissertasiyasını müdafiə etmişdir.
2011-ci ildə ildə işimik və qeyri-işimik mənşəli ağır ürək çatışmazlıqlarının müalicəsi mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Azərbaycan respublikasında və xarici ölkələrdə 50-dən artıq elmi işləri çap olunmuşdur.