Dr. Arzu Əyyubova

Təhsil

Həkim-endokrinoloq Arzu Əyyubova 1997-2003-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə İşi fakültəsini bitirib.

2003-2004-cü illərdə Fuad Əfəndiyev adına 4 Saylı Şəhər Klinik Xəstəxanasında Endokrinologiya üzrə internatura keçib.

Rusiya Fedeeasiyasının Sankt-Peterburq şəhərinin 3 Saylı Diabetoloji Mərkəzində 2 ay təhsil alıb.

Haqqında

Həkim-endokrinoloq Arzu Əyyubova 2005-2007-ci illərdə Rusiya Fedeeasiyasının Sankt-Peterburq şəhərinin Diplomdan Sonra Təhsili üzrə Tibb Akademiyasında Klinik Ordinatura, Endokrinolgiya ixtisası üzrə tam hazırlıq kursu və (dietologiya, terapiya, ginekoloji endokrinologiya, metabolik sindrom, qalxanabənzər vəzi xəstəliklərinin punksion biopsiya ilə ultrasəs diaqnostikası və s.) kursları keçib.

Ordinaturanı Leninqrad Vilayət Klinik Xəstəxanasının Endokrinologiya şöbəsində keçmişdir və bu sahələrdə (Şəkərli diabet və onun ağırlaşmalarının diaqnostika və müalicəsi, neyroendokrin xəstəliklərinin və metobolik sindromun differensial diaqnostikası və müalicəsi, qalxanabənzər və böyrək üstü vəzi xəstəliklərinin müalicəsi, gizli endokrin patologiyasının aşkarlanması, endokrin patologiyası zamanı hamiləliyin aparılması) peşəkar təcrübə qazanıb.

2007-2008-ci ildə VM Endokrinologiya, Diabet və Metabolizm Mərkəzində Endokrinoloq olaraq fəaliyyət göstərib.

2008-ci ildən hal-hazıra kimi N. Tusi adına Klinikada Endokrinoloq olaraq fəaliyyət göstərir.

Elmi kanqresslərdə (rasional farmakoterapiya), osteoproz, Şimali-Qərb elmi-praktiki konfransda, elmi-praktiki simpoziumlarda (şəkər xəsyəliklərinin müalicəsində yeni strategiyalar və s.), həmçinin Sankt-Peterburq Endokrinoloqlar Assosiyasiyasının aylıq qurultayında iştirak edib.

Sankt-Peterburq Endokrinoloqlar Assosiyasiyasının üzvüdür.

İş Cədvəli:
I, II, III, IV, V, VI günlər saat 09:30-14:00.