PhD Dr. Anar Yusubov

Təhsil

2000-ci ildə ATU-nun stomatologiya fakültəsini bitirib. 2000-2001-ci illərdə Respublika Stomatoloji Mərkəzdə internatura kursunu keçib. 2001-2003-cü illərdə ATU-nun cərrahi stomatologiya kafedrasında klinik ordinaturanı keçib. 2004-2007-ci illərdə ATU-nun cərrahi stomatologiya kafedrasında aspiranturanı keçərək “Uranostafiloplastikadan sonrakı anatom-funksional çatışmazlıqların profilaktikası üçün kompleks tədbirlərin işlənilməsi” adlı dissertasiyanı müdafiə edib və tibb elmləri namizədi adını alıb.

Haqqında

Dr. Anar Yusubov – Ağız və üz-çənə cərrahı.

Ağız və üz-çənə cərrahiyyəsi ilə yanaşı damaq- dodaq yarıqları ilə də məşğuldur. 2008-ci ildən bu günə kimi ATU-nun ağız və üz-çənə cərrahiyyəsi kafedrasında baş laborant vəzifəsində çalışır.