Dr. Anar Məmmədov

Haqqında

Uroloq-Androloq Anar Məmmədov 2006-cı ildə tibb fakültəsini bitirdikdən sonra 1 il ərzində (2006-2007) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Topçubaşov adına Milli Eksperimental Cərrahi Mərkəzində cərrahiyyə üzrə İnternatura keçmiş.

2009-2011-ci illərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində İ.İ.Meçnikov adına Tibb Akademiyasında Urologiya üzrə Klinik Ordinaturada təkmilləşmişdir. 2011-ci ildən bu günə qədər Azərbaycan Respublikasının Bakı şəhərində “Modern Hospital”- da çalışmaqla yanaşı mütəmadi olaraq (2011, 2012, 2013) Türkiyə Respublikasının İstanbul şəhərində İstanbul Universitetinin Çapa Tibb Fakültəsinin urologiya kafedrasında müassir urologiyada təkmilləşməkdədir.

Hal-hazırda “Modern Hospital”-da sidik və cinsiyyət üzvləri üzərində aparılan geniş spektrli açıq və qapalı (endoskopik) əməliyyatları həyata keçirməkdədir.

Müxtəlif yerli və beynəlxalq tibbi və uroloji cəmiyyətlərin üzvüdür.