Haqqımızda

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası təsdiq edilmişdir.

Azərbaycan Respublikasını Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə “ONLİNE GROUP” MMC DoctorMap layihəsini əhaliyə təqdim edir.

Bu layihənin başlıca məqsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsi – rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsidir.

DoctorMap öz abunəçilərinə layihə ilə əməkdaşlıq edən tibb və sağlamlıq müəssisələrində güzəştli xidmətlərdən faydalanmaq imkanı yaradır.

Göstərilən xidmətlərdən yararlanmaq üçün abunə kodu və abunəçinin şəxsiyyət vəsiqəsi “DoctorMap”-la əməkdaşlıq edən tibb müəssisələrinə təqdim olunur.

Güzəştli xidmətlər haqda www.doctormap.az/endirimler linkinə daxil olaraq və ya (012) 409 10 09 telefon əlaqəsi ilə ətraflı məlumat əldə edə bilərsiniz.

layihə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə həyata keçirilir.

13131