Gözlərə baxan zaman görülən ən bəsit simptomlar

Gözdə qanın hərəkət etdiyi damarları və beynin bir hissəsi olan göz sinirlərini görmək mümkündür. Günümüzdə həkimlər gözlərə baxaraq orqanizmin təxminən 30 müxtəlif vəziyyəti haqında məlumat verə bilirlər. Oftalmoloq həkimlər xəstələrə diaqnoz qoyan mütəxəssislər arasında birinci yerdədilər. Belə ki, ABŞ-da aparılan tədqiqatda görmənin yoxlanması zamanı 34% şəkəri, 39% yüksək təzyiqi və 62% xolesterini yüksək olan xəstələr aşkar olunmuşdur.

Gözlərə baxan zaman görülən ən bəsit simptomlar

1. Qırmızı nöqtələr şəkərin əlamətləri ola bilər. Yüksək şəkər qan damarlarının tıxanmasına gətirib çıxarır və onlar partlayaraq qanaxmaya səbəb olurlar. Bu zaman gözdə qırmızı nöqtələrlə üzləşirik.

2. Gözlərin qızartısı soyuqdəymə və göbələk xəstəliklərinin əlamətləri də ola bilər.

3. Gözlər adətən ilk növbədə allergiyanın olmasından xəbər verirlər.

4. Gözlərin qurululuğu müəyyən preparatların, məsələn yuxu dərmanının qəbulu zamanı yarana bilər. Həmçinin buna kompyuter arxasında çox oturmaqda səbəb ola bilər.

5. Yaxın əşyaları görməkdə yaranan çətinlik yaşla əlaqədar ola bilər. Lakin buna səbəb müəyyən dərmanların qəbulu (məsələn antidepresant) ola bilər.

6. Görmədə problemlər bir çox səbəblərdən yarana bilər. Təhlükəli olan amillərdən biri qan təzyiqinin yüksəlməsidir. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır.

7. Əgər qəfil fləş görürsünüzsə bu miqren əlamətidir. Əgər belə hallar tez-tez baş verirsə bu zaman mütləq həkimə müraciət etmək lazımdır.

8. Oftalmoloqlar bəzi xərçəng xəstəliklərinin simptomlarını aşkar edən ilk həkimlər olurlar. Yüksək göz təzyiqi və ağrılar beyində bədxassəli şişin yaranma riskinə işarə edir.

9. Yüksək xolesterin hərdən göz ətrafında ağ dairələrin yaranmasına səbəb olur. Bəzi hallarda göz alması saralır.