Daimi yorğunluğun 7 səbəbi

1. Az maye qəbul edirsiniz.

Hətta yüngül susuzlaşma (2% maye itkisi) sizin əhvalınıza təsir edir. Maye çatışmazlığı qanın qatılaşmasına səbəb olaraq, ürəyi daha da gərgin çalışmağa vadar edir, həyati vacib orqanların, o cümlədən beyinin qidalanmasını zəiflədir.

 

 

 

2. Sizin orqanizminizdə dəmir çatışmazlığı.

 

Yorğunluq, qıcıqlanma, zəiflik və diqqəti cəmləyə bilməmək orqanizmdə dəmir çatışmazlığının ilkin simptomlarındandır. Bunların yaranma səbəbləri çox sadədir: az dəmir az hemoqlobin deməkdir, bu da öz növbəsində orqan və toxumaların kifayət qədər oksigenlə təchiz olunmamasından irəli gəlir. Öz rasionunuzu dəmir tərkibli məhsullarla (böyrək, yumurta sarısı, çərəzlər) zənginləşdirin, daha çox hərəkət edin. Simptomlar keçmirsə, həkimə müraciət edin və mütləq qan analizi verin ki, hemoqlobinin miqdarını müəyyən edəsiniz.

 

3. Hər şeyi şişirdirsiniz.

 

Bu zərərli psixoloji vərdiş sizi xeyli zəiflədir. Əgər işdə hər hansı bir uğursuzluqdan sonra siz “bir iş çıxmasın” deyə hələ bir ay işdən qovulma qorxusuyla gəzirsinizsə, sizin başqa bir şeyə gücünüzün qalmadığı heçdə təəcüblü deyil. Narahatlıq çox enerji aparan vərdişdir, odur ki ondan qurtulmağın yolunu tapın (meditasiya edin, idmanla məşğul olun, psixoloqla danışın).

 

4. Səhər yeməyini ötürürsünüz.

 

Gün ərzində olan əhvalınız və maddələr mübadiləsinin aktivliyi səhər yeməyinə nə yediyinizdən asılıdır. Əgər səhər yemək yeməyə vərdiş etməmisinizsə, sizi yorğunluq təqib etməsinə heç təəccüblənməyin. Ən yaxşı səhər yeməyi – tərəvəz ilə kompleks karbohidratlar, məsələn, qarabaşaq yarması (qarğıdalı), sıyıq və  üstəgəl tərəvəz salatı.

 

5. “Yox” deyə bilmirsiniz.

 

Hamının gözündə yaxşı görünməyə çalışan insanlar əvvəl-axır xroniki stresə məhkum olurlar. Birinə kömək etmədən, vaxt sərf etmədən, görüşə razılıq vermədən öncə özünüzə sual verin: “Həqiqətənmi bunu istəyirəm?”. Əgər öz vaxtınıza və istəklərinizə hörmətlə yanaşarkən, ətrafdakıların rəğbətini itirməkdən qorxursunuzsa, nahaq narahat olursunuz.

 

6. Qeyri iş vaxtı işləyirsiniz.

 

E-poçtun yoxlanılması, zənglər, skayp, sosial şəbəkələr – bunların hamısı sizin enerjinizi alır. Əgər siz sutkanın 24 saatı ONLINE-sız, demək ki sizin orqanizmin keyfiyyətli dincəlmək imkanı yoxdur.

 

7. Yatmadan öncə planşetdən oxuyursunuz.


Yatmadan öncə oxumağa öyrəşmisinizsə, çalışın elektron yox, adi kitab oxuyasınız. Ekran işığı sinir sisteminə qıcıqlandırıcı təsir göstərir. Nəticədə yuxusuzluq əmələ gəlir, yuxunun keyfiyyəti isə aşağı enir.