Məqalələr

Boşanmış ata-ananın övladı olmaq

Şəbnəm Sadıqova

Müəllif: Şəbnəm Sadıqova

Sual: Uşağımın terapiyaya ehtiyyacı olub-olmadığını necə bilim?

İki ildir həyat yoldaşımdan ayrı yaşayıram. Bu yaxınlarda boşandıq. Uşaqlar hər şeyi başa düşürlər. Amma valideynlərim onlara psixoloji yardım lazım olduğunu təkidlə deyirlər. Mən isə belə düşünmürəm. Amma bir tərəfdən də fikirləşirəm son günlərin gərginliyində hadisələri düzgün görməyə bilərəm. 

“Yeni ilə baş ağrısı ilə girmək”

Dr. Tutu Zeynalova

Son zamanlar mənə zəng edən və sms yazan pasientlərlə söhbətimizin mətni “ Doktor, yeni il bayramını yola verək, doyunca yeyək, bayramdan sonra qəbulunuza gəlmək istəyirik” – olur. Sanki, yeni il bayramı yemək üçün verilən son şansdır.

Keyfiyyətli yaddaşa necə yiyələnmək olar

Yaddaşınızın Sizi məyus etməməyini istəyirsiniz? Bu zaman qeydlər aparın, şəkil çəkin, rəsmlər çəkin və ya toxunaraq yadda saxlayın. Yadda saxlama fərqli insanlarda fərqli olur. Belə ki, elə insanlar var ki, onlarda göz yaddaşı, elə insanlar da var ki, onlarda eşitmə yaddaşı daha iti olur.

Övladı düzgün tərifləmək

Uşağa şəxsi tərif edərək “Sən yaxşı və ağıllı oğlansan” və ya “Sən gözəl qızsan” tərbiyə etməkdənsə, “Sən bunu düz etmisən” və ya “Bunun öhdəsindən yaxşı gəlirsən” kimi motivə etməklə tərbiyə etmək daha məsləhətlidir. Bu davranış fərqləri Çikaqo və Stenford Universitetlərinin psixoloqları tərəfindən müəyyən olunmuşdur.

“Ofis piylənməsi”nin qarşısını necə alaq?

Dr. Tutu Zeynalova

Demək olar ki , bütün insanlar həyatlarının 2/3 hissəsini iş yerində keçirirlər. Iş  və karyera – insan fəaliyyətinin vacib hissəsidir. Bu yolda biz özümüzü təstiq edirik, professional yüksəliş əldə edirik, və nəhayət pul qazanırıq. Amma təəsüf ki, məhz iş sağlamlıq problemlərimizin dolayı və birbaşa səbəbidir.

Plastik qablar nə dərəcədə təhlükəsizdirlər?

Qida üçün nəzərdə tutulan plastik konteynerin üstündə qeyd olunan “mikro dalğada istifadə üçün zərərsizdir” yazısı o demək deyil ki, yemək qızdırılarkən onun içinə kimyəvi məhlullar dolmur. Bu yazı yalnız mikrodalğada temperatur yüksək olduğu zaman konteynerin əriməyəcəyini bildirir.

Bu günədək mütəxəssislər arasında plastik qablarda qidanın qızdrılmasının zərərsiz olub olmamasına dair müzakirələr davam edir.

Soyuqdəymənin qarşısının alınması haqqında

Adətən soyuqdəymə kiçik narahatçılıqlar yaradır və bir həftə ərzində heç bir xüsusi müalicə olunmadan özü-özlüyündən keçib gedir. Lakin heç birimiz bu cür narahatçılıqlarla üzləşmək istəmərik.

Soyuqdəymə xəstəlikləri çox vaxt bu tipdə mövcud olan 200-ə yaxın viruslardan əmələ gəlir. Soyuqdəymə infeksiyası bakterial olmadığından adətən antibiotiklərin heç bir köməyi olmur.

Baş ağrılarından qurtulmanın 4 üsulu

Gündəlik tutun

Baş ağrınız nə zaman başlayıb. Gün ərzində istifadə etdiyiniz tərəvəzlərin adlarını gündəliyə qeyd edin. Eyni zamanda buraya keçən gecə necə yatmağınız (rahat və ya narahat), gün ərzində keçirdiyiniz stress (əgər keçirmisinizsə) və hava haqqında qeydləri əlavə edin. Qeyd olunanları analiz edərək baş ağrınıza səbəb olan faktoru müəyyən edə bilərsiniz.

Elektron siqaretlərin sağlamlığa olan potensial zərərləri haqqında

Bu məqalə Ümumdünya Səhiyyə təşkilatı tərəfindən nikotin tərkibli elektron siqaretlərə qoyulan qadağa ilə bağlı qərarlarına əsasən dərc olunmuşdur.

Heç kim, elektron siqaretlərin zərrəsiz olduğunu bilmir. Reklamlarda elektron siqaretlərin insanlara siqaret çəkməyi tərgitməyinə köməklik etdiyi deyilir. Lakin heç bir araşdırma bu fikri təsdiq etməyib.

Elektron siqaretlər adi siqaret və ya siqar kimidirlər.

Şirinə qarşı meyliliyə üstün gəlmək

Kiçik porsiyalarla müntəzəm qida qəbulu şirniyyata olan meyliliyin qarşısını almağa kömək edir. Bu metod qanda olan şəkərin qalxmasının qarşısını almağa köməklik edir. Əgər şəkərsiz heç cür qala bilmirsinizsə, bu zaman şəkər tərkibli tərəvəzləri meyvələrlə əvəz edin.